İsa Məsih
“İsa” adı İbrani dilində “xilas edən Rəbb” mənasını verən iki sözdən yaranmışdır. İsa xilas edən Rəbdir, çünki Məsih bu dünyaya bəşəriyyətin Xilaskarı olmaq üçün gəldi. Müqəddəs Kitab deyir ki, Allah Onu göndərdi ki, dünya Onun vasitəsilə xilas olsun.