Sevgilim sol əlini başımın altına salır, Sağ əli ilə məni qucağına alır.
Nəğmələr Nəğməsi̇ 2:6
Gündəlik İşıq
Sevgilim sol əlini başımın altına salır, Sağ əli ilə məni qucağına alır.
Nəğmələr Nəğməsi̇ 2:6
Pənahgahın əzəli əbədi Allahdır, Səni daim qollarında gəzdirər. Düşmənlərini qarşından qovar, “Yox et onları!” sənə deyər.
Qanunun Təkrari 33:27
Amma küləyin güclü əsdiyini görəndə qorxdu və batmağa başladı. «Ya Rəbb, məni xilas et!» deyə qışqırdı. İsa o anda əlini uzadıb onu tutdu və dedi: «Ey imanı az olan adam, nə üçün şübhə etdin?»
Matta 14:30–31
Rəbb insana gedəcəyi yolu göstərir, Kimdən razı qalırsa, onu möhkəmləndirir. Bu insan büdrəsə də, yıxılmaz, Çünki Rəbb onun əlindən tutar.
Zəbur 37:23–24
Binyamin üçün belə dedi: «Rəbbin sevimlisi Onun yanında əmin-amanlıqda yaşasın! Rəbb gün boyu onu qoruyur, O da Rəbbin qucağında qalır».
Qanunun Təkrari 33:12
Bütün qayğı yükünüzü Ona ötürün, çünki O sizin qayğınıza qalır.
1 Peter 5:7
Çünki Ordular Rəbbi deyir ki, İzzəti üçün sizi qarət etmiş millətlərin yanına Məni göndərdi. Sizə toxunan Onun göz bəbəyinə toxunmuş olur.
Zəkəri̇yyə 2:8
Mən onlara əbədi həyat verirəm. Onlar heç vaxt həlak olmayacaq və heç kim onları əlimdən qapmayacaq. Onları Mənə verən Atam hamıdan böyükdür. Onları heç kim Atanın əlindən qapa bilməz.
Yəhya 10:28–29
Şəfəq saçan, Ay tək gözəl, gün tək parlayan, Müzəffər ordu kimi möhtəşəm olan kimdir?
Nəğmələr Nəğməsi̇ 6:10
Həm özünüzə, həm də Müqəddəs Ruhun sizi nəzarətçilər təyin etdiyi bütün sürüyə diqqətlə baxın. Allahın Öz Oğlunun qanı bahasına əldə etdiyi bu cəmiyyətini bəsləyin.
Həvari̇ləri̇n İşləri̇ 20:28
Ey ərlər, Məsih imanlılar cəmiyyətini sevib onun uğrunda Özünü fəda etdiyi kimi siz də arvadlarınızı sevin. Məsih bunu ona görə etdi ki, cəmiyyəti su ilə yuyub kəlamla təmizləyərək təqdis etsin və beləcə onda ləkə, qırışıq yaxud başqa qüsur olmadan izzətli şəkildə, müqəddəs və nöqsansız olaraq Öz hüzuruna çıxarsın.
Efesli̇lərə 5:25–27
Göydə böyük bir əlamət zahir oldu: günəşi əyninə geyinmiş, ayaqları altında ay və başında on iki ulduzlu tac olan bir qadın göründü.
Vəhy 12:1
Gəlin sevinib şad olaq, Onu izzətləndirək! Çünki Quzunun toyu başlayır. Gəlini özünü hazırlayıb; Geyinmək üçün ona Təmiz, parlaq və incə kətan verildi». İncə kətan müqəddəslərin saleh əməllərinin rəmzidir.
Vəhy 19:7–8
Allahdan gələn bu salehlik İsa Məsihə iman vasitəsilə Ona iman gətirənlərin hamısına verilir. Heç kəsə fərq qoyulmur.
Romalilara 3:22
Mənə verdiyin izzəti Mən də onlara verdim ki, Biz bir olduğumuz kimi onlar da bir olsun.
Yəhya 17:22
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
Son günlər
Hamısına bax25 apr 2026
24 apr 2026
23 apr 2026
22 apr 2026
21 apr 2026
20 apr 2026
19 apr 2026

Sülh
Həyatın ən çətin şəraitində belə Allahın sevgisində daxili sülh və rahatlıq tapmağı kəşf edin.

Namaz
İki kişi başqalarından onlar üçün dua etmələrini xahiş etdi. Birincisi dostlarından xəstəliyindən sağalması…

Xristologiya
Bizim möhtəşəm Müqəddəs Kitabımızın sonuncu kitabı belə başlayır: “İsa Məsihin vəhyi, hansını ki, Allah Öz…

Yaradılış
Allah göyləri və yeri yaratdı, və Allah dedi: ‘Suların ortasında bir fəza olsun’ (v. 1:20) Allah dedi…

Qurtuluş
Boğulan bir adama dərslər deyil, xilaskar lazımdır. Ruhani cəhətdən hamı günah edib və onları hökmdən…

Əbədi Təhlükəsizlik
İsa Məsihə iman edənlər üçün əbədi təhlükəsizliyin Müqəddəs Kitab zəmanətini kəşf edin. Xilasın bir dəfə…