Keşikçi qapını onun üzünə açar və qoyunlar onun səsinə qulaq asar. O da öz qoyunlarını adları ilə çağırar və onları çölə çıxarar.
Yəhya 10:3
Gündəlik İşıq
Keşikçi qapını onun üzünə açar və qoyunlar onun səsinə qulaq asar. O da öz qoyunlarını adları ilə çağırar və onları çölə çıxarar.
Yəhya 10:3
Lakin Allahın atdığı möhkəm təməl bu sözlərlə möhürlənib durur: «Rəbb Özününküləri tanıyır» və «Rəbbin adını ağzına alan hər kəs haqsızlıqdan uzaqlaşsın».
2 Ti̇moteyə 2:19
O gün bir çoxları Mənə deyəcək: “Ya Rəbb, ya Rəbb, biz Sənin adınla peyğəmbərlik etmirdikmi? Sənin adınla cinləri qovmurduqmu? Sənin adınla bir çox möcüzələr yaratmırdıqmı?” Onda Mən onlara bəyan edəcəyəm: “Ey qanunsuzluq edənlər, Mən sizi heç vaxt tanımamışam, Məndən uzaq olun!”
Matta 7:22–23
Çünki Rəbb salehlərin yolunu qoruyur, Pislərinsə yolu onları ölümə aparır.
Zəbur 1:6
Mən sənin adını ovuclarımda həkk etmişəm, Ey Sion, divarların daima önümdədir.
Yeşaya 49:16
Məni qəlbinin başında, qolunun üstündə Bir möhür kimi saxla. Çünki sevgi ölüm qədər qüvvətlidir, Qısqanclıq ölülər diyarı kimi möhkəmdir, Onun odu alovlanır, O, atəşdir, tamamilə yandırıb-yaxır.
Nəğmələr Nəğməsi̇ 8:6
Rəbb xeyirxahdır, dar gündə sığınacaqdır, Ona güvənənləri tanıyır.
Nahum 1:7
Atamın evində çoxlu məskən var. Əgər olmasaydı, sizə deyərdim ki, sizin üçün yer hazırlamağa gedirəm? Gedib sizin üçün yer hazırlayandan sonra yenə gəlib sizi Öz yanıma götürəcəyəm ki, Mənim olduğum yerdə siz də olasınız.
Yəhya 14:2–3
Qadın bacardığını etdi. Mənim bədənimə dəfn üçün əvvəlcədən yağ çəkdi.
Mark 14:8
İsa dedi: «Sizə həqiqəti deyirəm: bu kasıb dul qadın hamıdan çox pul atdı.
Luka 21:3
Məsihə məxsus olduğunuz üçün kim sizə bir kasa su içirdərsə, sizə doğrusunu deyirəm: mükafatsız qalmayacaq.
Mark 9:41
Çünki insanın həvəsi varsa, verdiyi yardım imkanı çatmadığı qədər yox, imkanına görə məqbul sayılır.
2 Kori̇nfli̇lərə 8:12
Ey övladlar, sözdə və dildə deyil, əməldə və həqiqətdə sevək.
1 Yəhya 3:18
Əgər qardaş-bacılardan birinin paltarı və gündəlik yeməyi yoxdursa və sizdən biri ona «arxayın get, isin və qarnını doydur» deyib onların yaşayışı üçün lazım olanları vermirsə, nə faydası var?
Yaqub 2:15–16
Yadda saxlayın: az əkən az, bol-bol əkən bol-bol biçəcək. Könülsüz yaxud məcburi yox, hər kəs ürəyinin niyyətinə görə pay versin. Çünki Allah sevinə-sevinə pay verən adamı sevir.
2 Kori̇nfli̇lərə 9:6–7
Beləcə siz də sizə əmr olunanların hamısını yerinə yetirəndən sonra deyin: “Biz dəyərsiz qullarıq, çünki görməli olduğumuz işləri etmişik”».
Luka 17:10
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
Son günlər
Hamısına bax17 iyl 2026
16 iyl 2026
15 iyl 2026
14 iyl 2026
13 iyl 2026
12 iyl 2026
11 iyl 2026

Sədaqət
Betaniyalı Məryəm ən dəyərli əşyasını Məsihə verdi. Biz Allahın bizə verdiklərini Onun şərəfi üçün, yoxsa…

İsa Məsih
İsanın Müqəddəs Yazılardan nə qədər tez-tez sitat gətirdiyini və bunun Onun xidmətinə dərin təsirini kəşf…

Allahın rəhbərliyi
İsa Məsih bizim səhvsiz bələdçimizdir, bizi həyatın təhlükələrindən təhlükəsiz şəkildə müqəddəsliyə…

Allahın Krallığı
Matta 13-dəki yeddi məsəl vasitəsilə səmavi səltənətin sirlərini araşdırın, Məsihin Pentikostdan qayıdışına…
Lütf
Peter Batdı: Peterin batma hadisəsi həmişə məni təsirləndirmiş və bu şagirdə daha dərin hörmət bəsləməyimə…
İman
Biz tez-tez Allahı gözləsək də, O da bizim imanla hərəkət etməyimizi gözləyir. İtaətdə irəliləməyin ilahi…