İsa Rəbb yerüstü xidməti zamanı şagirdlərinə bütpərəstlərə və ya samariyalılar getməməyi, İsrail evinin azmış qoyunlarına getməyi əmr edir (Mat. 10:5–6); Sixar quyusunun yanındakı qadına isə deyir: “xilas yəhudilərdəndir” (Yəh. 4:22). Bu, ilk baxışdan qəribə görünə bilər, lakin O, xilası İsrail milləti ilə məhdudlaşdırmır, əksinə, xilasın bu millətdən gələcəyini aydınlaşdırır. Xilas vədi Davud nəslindən, Yəhuda qəbiləsindən gələcəkdi (Yer. 23:5–6).
Yəhudilər Rəbb İsanı rədd etdilər və sanki dedilər: “biz bu adamın üzərimizdə hökmranlıq etməsini istəmirik” (Luka 19:14), və rədd etmələri ilə izzət Rəbbini çarmıxa çəkdilər. Öz hökmranlığında Allah bu çarmıxa çəkmənin xilasın təklif olunacağı vasitə olmasını nəzərdə tutmuşdu, təkcə İsrailə deyil, “Rəbbin adını çağıran hər kəsə” (Həv. 2:21). Rəbb İsanın şagirdlərinə verdiyi tapşırıq “yerin ucqarlarına qədər” olmalı idi (Həv. 1:8).
Bütpərəst Korneliusun İsrailin vədlərinə heç bir iddiası yox idi, lakin o, Allahdan qorxan və dua edən bir adam idi (Həv. 10:1–2). Peter ona İsa Məsih vasitəsilə lütf müjdəsinin həqiqətini bölüşmək üçün göndərilmişdi. Allahın Öz yeganə Oğlunu onun əvəzinə ölmək və onu Özü ilə əlaqəyə gətirmək üçün necə göndərdiyini eşidəndə ürəyi şükür və ibadətlə dolmuş olmalı idi. Qoy biz heç vaxt Allahın lütfünə heyran olmaqdan və başqalarına Onun böyük xilasından danışmaqdan əl çəkməyək!




