Bu mətn bəzən üzərindən keçməyi üstün tutduğumuz mətnlərdəndir. O, tez-tez səhv başa düşülür və səhv tətbiq edilir. Lakin əslində çox ruhlandırıcıdır, çünki bizə Ata Allahın sevgi dolu əlini xatırladır. Bu ayələr və ondan sonrakılar Allahın tərbiyəsi mövzusunu əhatə edir. Tərbiyə sözünü eşitdikdə onu cəza ilə eyniləşdiririk, lakin burada heç də bundan bəhs edilmir. Əslində, mömin üçün Rəbb İsa Məsih bizim cəzamızı çarmıxda Öz üzərinə götürdü. Bizim üçün burada Atanın övladlarına qarşı sevgi dolu tərbiyəsi kimi danışılanlardan başqa heç nə qalmayıb.
Tərbiyə sözü uşaq təlimi, təlimat və ya intizam deməkdir. Dörd uşaq atası olaraq, öz uşaqlarımı tərbiyə etməli, öyrətməli və hətta intizamlandırmalı olmuşam. Mən qonşuların uşaqlarını intizamlandırmağa getmirəm, baxmayaraq ki, bəlkə də buna ehtiyacları olub və bəlkə də istərdim. Mənim öz uşaqlarımı Rəbbin qorxusu və nəsihəti ilə böyütmək məsuliyyətim var. Ardıcıl və sevgi dolu intizam vasitəsilə uşaqlarım mənim onları sevdiyimi öyrəniblər. İllər keçdikcə, bu, onlara mənim sevgimə inam və əminlik vermişdir. Səmavi Atamızın sevgi dolu əli ilə də belədir. Biz o anda tərbiyədən və ya təlimdən zövq almayayaq və ya onu qiymətləndirməyə bilərik, lakin daha sonra Onun həyatımızda necə işlədiyinə görə çox minnətdar olarıq. “Rəbb sevdiyini tərbiyə edir.” Atanın sevgi dolu əlinə müqavimət göstərməyin, əksinə onunla tərbiyə olun və ruhlanın!




