Xudavənd Rəbb belə deyir: “Mən İsrail nəslinin xahişini qəbul edib onlar üçün bunu edəcəyəm: əhalisini sürü kimi çoxaldacağam.
YEZEKEL 36:37
Gündəlik İşıq

Xudavənd Rəbb belə deyir: “Mən İsrail nəslinin xahişini qəbul edib onlar üçün bunu edəcəyəm: əhalisini sürü kimi çoxaldacağam.
YEZEKEL 36:37
Nə isə arzu edib əldə etməyincə adam öldürürsünüz. Həsəd aparırsınız, amma istədiyinizə nail olmayınca çəkişib dava edirsiniz. Əldə edə bilmirsiniz, çünki diləmirsiniz.
YAQUB 4:2
Diləyin, sizə veriləcək, axtarın, tapacaqsınız, qapını döyün və sizə açılacaq. Çünki hər diləyən alar, axtaran tapar, qapı döyənə açılar.
MATTA 7:7-8
Biz Onun hüzurunda ona görə cəsarətlə danışa bilirik ki, Onun iradəsinə uyğun nəsə dilədikdə O bizi eşidir. Bilirik ki, nə diləyiriksə, O bizi eşidir; beləcə də bilirik ki, Ondan dilədiklərimizi alırıq.
1 YƏHYA 5:14-15
Əgər sizlərdən birinin müdrikliyi çatışmırsa, hər kəsə səxavətlə və məzəmmət etmədən verən Allahdan diləsin və ona veriləcək.
YAQUB 1:5
Rəbb Allahınız Mənəm, Mən sizi Misir torpağından buraya gətirmişəm. Ağzını yaxşı aç, Doyunca yemək verirəm.
ZƏBUR 81:10
İsa şagirdlərinə daim dua etmək və heç ruhdan düşməmək lazım olduğu barədə bir məsəl çəkdi.
LUKA 18:1
Rəbbin gözü salehlərin üzərindədir, Qulaqları onların fəryadlarına açıqdır.
ZƏBUR 34:15
Salehlər fəryad çəkəndə Rəbb eşidir, Onları bütün əzablarından azad edir.
ZƏBUR 34:17
O gün siz Mənim adımla diləyəcəksiniz. Mən sizin barənizdə Atadan bir şey xahiş edəcəyimi söyləmirəm. Axı Ata Özü sizi sevir, çünki siz Məni sevdiniz və Mənim Allahın yanından gəldiyimə inandınız.
YƏHYA 16:26-27
İndiyə qədər Mənim adımla heç nə diləmədiniz. Diləyin, alacaqsınız, ta ki sevinciniz kamil olsun.
YƏHYA 16:24
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
23 fev 2023
Hebrews 12:24
22 fev 2023
Psalms 25:12
21 fev 2023
Leviticus 20:8
20 fev 2023
Isaiah 53:11
19 fev 2023
Proverbs 2:6
18 fev 2023
Jeremiah 17:17
17 fev 2023
Leviticus 4:12
Allahın Krallığı
Allahın krallığının ruhani təbiətini, onun tarixi kontekstini və xristianların təbəə kimi necə yaşamalı…

Namaz
Dua Allahla danışmaqdır, xristianlar üçün asan və təbii bir hərəkətdir. Onun əsas aspektlərini kəşf edin…
İman
Həyat bir yarışdır, lakin qələbə dünyəvi uğurlarda tapılmır. Əbədi mükafatınızı qazanmaq üçün Süleymanın…
Namaz
Uşaqlarınızın ruhani səyahətinə rəhbərlik etmək üçün 31 günlük dua nöqtələrini kəşf edin. Onların qurtuluşu…
Namaz
Bulud dörd əsas insan ehtiyacı üçün dua etdi: ruhani anlayış, layiqli həyat, dözümlülük və minnətdar ruh.

Namaz
Dua Allahla danışmaqdır, xristianlar üçün asan və təbii bir hərəkətdir. Onun əsas aspektlərini kəşf edin…

İman
Həyat bir yarışdır, lakin qələbə dünyəvi uğurlarda tapılmır. Əbədi mükafatınızı qazanmaq üçün Süleymanın…

Namaz
Uşaqlarınızın ruhani səyahətinə rəhbərlik etmək üçün 31 günlük dua nöqtələrini kəşf edin. Onların qurtuluşu…
Günah
Ürəyin və günahın onun ruhani xəstəliyi kimi Müqəddəs Kitab mənasını araşdırın. Allahın baxış bucağını…