2 iyl 2023
Gündəlik İşıq, 3 iyul: Əgər Onun övladlarıyıqsa, deməli
Gündəlik İşıq
Əgər Onun övladlarıyıqsa, deməli, həm də varisləriyik. Əgər Məsihin izzətinə şərik olmaq üçün Onun çəkdiyi əzablara şərik oluruqsa, Allahın varisləri və Məsihin irs şəriki oluruq.
Romalilara 8:17
Əgər Məsihə aidsinizsə, deməli, İbrahimin nəslindənsiniz və vədə görə varissiniz.
Qalati̇yalilara 3:29
Görün Ata bizə necə məhəbbət göstərib ki, biz Allahın övladları adlanırıq! Doğrudan da.
1 Yəhya 3:1
Buna görə də sən artıq kölə deyil, övladsan. Əgər övladsansa, həmçinin Allahın təyin etdiyi varissən.
Qalati̇yalilara 4:7
Öz iradəsinin xoş məramına görə İsa Məsih vasitəsilə bizi əvvəlcədən təyin etdi ki, Özü üçün övladlığa götürsün.
Efesli̇lərə 1:5
Ey Ata, istəyirəm ki, Mənə verdiyin şəxslər də Mənim olduğum yerdə Mənimlə birlikdə olub Mənim izzətimi görsünlər.
Yəhya 17:24
Qalib gələnə və Mənim buyurduğum işlərə sonadək riayət edənə millətlər üzərində səlahiyyət verəcəyəm.
Vəhy 2:26
Qalib gələnə Mənimlə birgə Öz taxtımda oturmağa imkan verəcəyəm; Mən də eləcə qalib gəlib Atamla birgə Onun taxtında oturmuşam.
Vəhy 3:21
Dünyanın dəyərli sayılanlarını heç etmək üçün dünyanın xor baxdıqları.
1 Kori̇nfli̇lərə 1:28
Bu danışanların hamısı Qalileyalı deyilmi?
Həvari̇ləri̇n İşləri̇ 2:7
İsa Qalileya gölünün sahilində gəzərkən suya tor atan iki qardaşı – Peter adlanan Şimonu və qardaşı Andreyi gördü. Bu adamlar balıqçı idi. İsa onlara dedi: Ardımca gəlin.
Matta 4:18–19
Onlar Peter və Yəhyanın cəsarətini görəndə, onların savadsız, sadə insanlar olduğunu biləndə heyrətə düşdülər, amma tanıdılar ki, onlar İsa ilə birgə olmuşdular.
Həvari̇ləri̇n İşləri̇ 4:13
Mənim sözüm də, vəzim də müdrikliyin inandırıcı sözlərindən deyil, Ruhun qüdrətini göstərməsindən asılı idi. Belə ki imanınız insan müdrikliyinə yox, Allahın qüdrətinə əsaslansın.
1 Kori̇nfli̇lərə 2:4–5
Siz Məni seçmədiniz, Mən sizi seçib təyin etdim ki, gedib bəhrə verəsiniz və bəhrəniz çox qalsın. ... Kim Məndə qalsa, Mən də onda qalsam, çoxlu bəhrə verər, çünki Mənsiz heç nə edə bilməzsiniz.
Yəhya 15:16, 5
Üstün qüvvənin bizdən yaranmadığı, Allaha aid olduğu bilinsin deyə bu xəzinəni saxsı qablarda saxlayırıq.
2 Kori̇nfli̇lərə 4:7
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax1 iyl 2023
Qalati̇yalilara 5:22 · Efesli̇lərə 5:1
30 iyn 2023
Vəhy 3:19 · İbrani̇lərə 12:5–6
29 iyn 2023
1 Yəhya 5:3 · Yəhya 6:40
28 iyn 2023
Əyyub 19:25 · Romalilara 5:10
27 iyn 2023
Vəhy 6:17 · Malaki̇ 3:2
26 iyn 2023
Bi̇ri̇nci̇ Salnamələr 4:10 · Süleymanin Məsəlləri̇ 10:22
