25 mar 2026
Gündəlik İşıq, 26 mart: Beləliklə, Yusif qalxdı (Matta 2:14)
Gündəlik İşıq
Beləliklə, Yusif qalxdı, həmin gecə Körpə ilə anasını götürüb Misirə yollandı.
Matta 2:14–15
Məgər bilmirsiniz ki, itaətli qullar kimi özünüzü kimə təslim etsəniz, onun da qullarısınız?
Romalilara 6:16
Bunların hamısı tək və eyni Ruhun fəaliyyətidir. Ruh bu ənamları hər kəsə Öz istədiyi tərzdə paylayır. Lakin Ruh hər kəsə xeyri üçün aşkar olunur.
1 Kori̇nfli̇lərə 12:11, 7
Hər kəs Allahın çoxcəhətli lütfünün yaxşı idarəçiləri kimi aldığı ənama görə bir-birinə xidmət etsin.
1 Peter 4:10
İdarəçilərdənsə tələb olunur ki, etibara layiq olsunlar.
1 Kori̇nfli̇lərə 4:2
Ondan çox da istəniləcək. Kimə çox tapşırılıbsa, ondan daha çox tələb olunacaq.
Luka 12:48
Belə bir iş üçün kim yararlıdır?
2 Kori̇nfli̇lərə 2:16
Mənə qüvvət verən Məsihin köməyi ilə hər işə gücüm çatır.
Fi̇li̇pi̇li̇lərə 4:13
Ehtiyac içində olan müqəddəslərə yardım etməyə şərik olun.
Romalilara 12:13
Davud dedi: «Şaul nəslindən sağ qalan kimsə varmı? Yonatanın xatirinə ona yaxşılıq edim».
İki̇nci̇ Şamuel 9:1
Atamın xeyir-dua verdiyi adamlar! Gəlin, dünya yaranandan bəri sizin üçün hazırlanmış olan Padşahlığı irs alın. Çünki ac idim, Mənə yemək verdiniz; susamışdım, Mənə su verdiniz; qərib idim, Məni qəbul etdiniz; çılpaq idim, Məni geyindirdiniz; xəstə idim, qayğımı çəkdiniz; zindanda idim, yanıma gəldiniz”. ... Sizə doğrusunu deyirəm: siz bu ən kiçik qardaşlarımdan birinə etdiyinizi Mənə etmiş oldunuz”.
Matta 25:34–36, 40
Kim bu kiçiklərdən birinə şagird olduğu üçün hətta bir kasa soyuq su içirdərsə, sizə doğrusunu deyirəm: mükafatsız qalmayacaq.
Matta 10:42
Xeyirxahlıq etməyi və varınızı başqaları ilə bölüşməyi unutmayın, çünki Allah bu cür qurbanlardan razı qalır.
İbrani̇lərə 13:16
Axı Allah ədalətsiz deyil ki, əməlinizi və Onun adı ilə müqəddəslərə əvvəldən və indi də xidmət etməklə göstərdiyiniz məhəbbəti unutsun.
İbrani̇lərə 6:10
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax24 mar 2026
Yaradiliş 15:6 · Romalilara 4:20–24
23 mar 2026
Vəhy 4:8 · Zəbur 22:3
22 mar 2026
Yaradiliş 13:10–11 · 2 Peter 2:7–8
21 mar 2026
Vəhy 3:2 · 1 Peter 4:7
20 mar 2026
Zəbur 119:130 · 1 Yəhya 1:5
19 mar 2026
Həvari̇ləri̇n İşləri̇ 3:26 · 1 Peter 1:3
