1 İordan çayının şərq tərəfində səhrada Paranla Tofel, Lavan, Xaserot və Di-Zahav arasında, Sufun qarşısında olan Arava vadisində Musanın bütün İsraillilərə söylədiyi sözlər bunlar idi: 2 Seir dağının yolu ilə getmək üçün Xorevdən Qadeş-Barneaya qədər on bir günlük yol var idi. 3 Misirdən çıxdıqlarının qırxıncı ilində, on birinci ayın birində Musa Rəbbin İsrail övladları üçün ona əmr etdiyi hər şeyi söylədi. 4 Musa Xeşbonda yaşayan Emorluların padşahı Sixonu və Aştarotda, Edreidə yaşayan Başan padşahı Oqu məğlub edəndən sonra bu nitqi söylədi. 5 İordan çayının şərq tərəfində yerləşən Moav torpağında Musa bu Qanunu izah etməyə başladı.
6 «Xorevdə olanda Allahımız Rəbb bizə belə dedi: “Bəsdir bu dağda yaşadığınız! 7 Qalxın buradan köçüb Emorluların dağlıq bölgəsinə, Arava vadisində, dağlarda, yamaclı-düzənlikli bölgədə, Negevdə və dəniz kənarında yaşayan bütün qonşu xalqların arasına, böyük Fərat çayına qədər uzanan Kənan torpağına və Livana gedin. 8 Sizin qarşınıza çıxardığım torpaq budur. Rəbbin atalarınıza – İbrahimə, İshaqa, Yaquba özləri üçün və özlərindən sonra gələn övladları üçün vəd etdiyi bu torpağa girərək oranı özünüzə mülk edin”.
9 O vaxt mən sizə belə dedim: “Təkbaşına sizin yükünüzü daşıya bilmərəm. 10 Allahınız Rəbb sizi çoxaltdı və budur, bu gün siz göydəki ulduzlar qədər çoxsunuz. 11 Qoy atalarınızın Allahı Rəbbin söylədiyi kimi olsun, sizə xeyir-dua verərək olduğunuzdan min qat artıq etsin. 12 Axı mən təkbaşına zəhmətinizə, əziyyətinizə və münaqişələrinizə necə tab gətirim? 13 Özünüz üçün hər qəbilədən müdrik, uzaqgörən və təcrübəli adamlar seçin. Mən onları sizə başçı təyin edəcəyəm”. 14 Siz də “sən deyən yaxşıdır” dediniz. 15 Mən qəbilələrinizin müdrik və təcrübəli ağsaqqallarından götürüb sizə minbaşı, yüzbaşı, əllibaşı, onbaşı və qəbilə məmurları təyin etdim. 16 O vaxt hakimlərinizə belə əmr etdim: “Aralarında münaqişəsi olan soydaşlarınızı dinləyin. Münaqişə istər İsrailli soydaşlarınız arasında, istərsə bir İsrailli ilə yadelli arasında olsun, hökm çıxararkən ədalətli olun. 17 Heç kimə tərəfkeşlik etmədən kiçiyi də böyük kimi dinləyərək hökm çıxarın. İnsan şəxsiyyətindən qorxmayın, hökm Allahındır. Sizin üçün çətin olan münaqişəli məsələləri isə mənim yanıma gətirin. Mən onlara qulaq asaram”. 18 O vaxt edəcəyiniz şeylərin hamısını sizə əmr etdim.
24 O, qardaşlarını yola saldı və onlar getdilər. Yusif onlara dedi: «Yolda dava etməyin».
Qanunun Təkrari 1:1–18 · Yaradiliş 45:24 · AZJ08
Musanın son kitabı, Qanunun təkrarı, əvvəlki kitabların hekayələrini və təlimlərini qismən təkrarlayır. Həyatının sonuna çatmış sadiq lider, yeni nəslin xeyrinə səhradakı hadisələri və İsrail üçün onların dərslərini yenidən nəzərdən keçirir. Misirdən çıxan kişilərin hamısı həlak olmuşdur, buna görə də gənc nəsli xəbərdar etmək və öyrətmək zəruri olmuşdur. Bunu nəzərə alaraq, Qanunun təkrarının oxunması gənc möminlər üçün xüsusilə faydalı olacaqdır. Sanki onları qiymətli vaxtı itirməməyə çağırmaq üçün, kitabbəlağətli bir ziddiyyətlə başlayır. V. 2-yə görə, xalqı Horebdən Kənan torpağına aparmaq üçün on bir gün kifayət olardı. Lakin qırx il çəkdi! (v. 3). Bir neçəmiz təəssüflə bir çox illəri boşa keçirdiyimizi xatırlayırıq. Siz mütləq yetkinliyə və ya qocalığa qədər gözləmək məcburiyyətində deyilsiniz ki, imanla «səmavi yerlərin» tam sahibliyinə daxil ola biləsiniz. MüqəddəsRuh bizə xristian həyatımızın lap əvvəlindən həqiqətləri və prinsipləri öyrətmək istəyir.
Vv. 13-18 bizə «yolda» (Yaradılış 45:24) öz aramızda mübahisə etmək kimi kədərli meylimizi və Rəbbin Öz xalqının səhrada ilk addımlarından etibarən atmaq məcburiyyətində qaldığı tədbirləri xatırladır.