1 Soydaşının itmiş öküz və ya qoyununu görsən, özünü görməməzliyə vurma. Mütləq öküzü və ya qoyunu soydaşına geri qaytarmalısan. 2 Soydaşın səndən uzaqdadırsa ya da heyvanın kimə aid olduğunu bilmirsənsə, onu öz evinə apar. Soydaşın onu axtara-axtara sizə gələnədək qoy bu heyvan evində qalsın. Sonra onu geri qaytar. 3 Soydaşının eşşəyini, paltarını yaxud itirdiyi başqa şeyləri tapanda da bu cür etməlisən. Özünü görməməzliyə vurma. 4 Görəndə ki soydaşının eşşəyi yaxud öküzü yolda yıxılıb, özünü görməməzliyə vurma. Mütləq heyvanı ayağa qaldırmaq üçün soydaşına kömək et.
5 Qadın kişi paltarı, kişi də qadın paltarı geyinməsin, çünki belə şeyləri edən hər kəs Allahınız Rəbbə iyrənc görünür.
6 Əgər təsadüfən yolda, ağacda yaxud torpaq üzərində bir quş yuvası görsən və ana quş balalarının ya da yumurtalarının üzərində oturmuşsa, ana quşu balaları ilə birlikdə götürmə. 7 Özün üçün balalarını götürə bilərsən, amma mütləq anasını buraxmalısan. Belə etsən, güzəranın xoş, ömrün uzun olar.
8 Yeni tikdiyin evin damının kənarına sürahi çək ki, kimsə damından yıxılıb ölsə, qanı evinin üstünə düşməsin.
9 Bağında iki növ toxumu qarışdırıb əkmə. Belə etsən, əkdiyin toxumun da, bağın da məhsulundan istifadə etmək sənə qadağandır.
10 Kotan sürmək üçün eşşəklə öküzü yanaşı qoşma.
11 Yunla kətandan toxunmuş qarışıq parçadan paltar geyinmə.
12 Əbanın dörd tərəfinə qotaz sal.
21 Ona görə ki hər kəs İsa Məsihin xeyrini deyil, öz xeyrini güdür.
24 Hər kəs öz xeyrini yox, başqalarının xeyrini güdsün.
Rəbb yalnız aşkar və ciddi pisliyi qınamır (fəsil 21). O, eqoizmin bütün formalarını bəyənmir. Öküz və ya eşşəyi itirmək sayıqlıq çatışmazlığının əlamətidir (1 Şamuel 9:3). Lakin Allah bunu mənə öyrətmək üçün istifadə edir ki, qonşumun başına gələnlərə laqeyd qalmağa haqqım yoxdur. O, mənə xatırladır ki, qonşum mənim qardaşımdır və məni onun əşyalarına özümünkü kimi vicdanla qayğı göstərməyə dəvət edir. Qurban üçün qoyunu, şumlamaq üçün öküzü, yük daşımaq üçün eşşəyi olmasa, bir İsrailli RƏBBƏ necə xidmət edə bilər və necə yaşaya bilər? Gəlinxidmət ruhunun olmamasından Pavelin kədərləndiyi imanlılar kimi olmayaq: «Çünki hamı özünü axtarır» (Filippililərə 2:21; həmçinin 1 Korinflilərə 10:24 oxuyun).
5-ci ayə xüsusilə qadının kişi ilə bərabər olmağa çalışdığı müasir dünyaya aiddir. Bu, Allahın yaradılışdakı nizamını alt-üst etməkdir. Bütün yollarımızda, hətta belə təlimatların əhəmiyyəti bizə qaçsa belə, onlarla «mübahisə etməkdən» çəkinək (1 Korinflilərə 11:16). 9-11-ci ayələr bizə xatırladır ki, Allah Öz övladlarının həyatında və şahidliyində ilahi həqiqətlərin bu dünyanın prinsipləri ilə qarışdırılmasını və ya qarışıqlığını istəmir.