Əbədi Parlaq
Xidmət– Fevral 2009 –Lütf və Həqiqət Jurnalı
Əbədi Parlaq
“Müdriklər parlayacaqlar... Bir çoxlarını salehliyə döndərənlər ulduzlar kimi əbədi parlayacaqlar.”Daniel 12:3NLT
Bu ayədə,parlamaq mükəmməlliyin, kütlə arasında seçilməyin, normaldan üstün olmağın simvoludur. Bəziləri bir mövsüm, ya da həyatlarının müəyyən bir sahəsində parlayırlar. Dünya “keçmişdəkilərlə” doludur. Onlar bir dəfə parladılar, amma artıq yox.
Bir çoxları gənc ikən parlayır – bəziləri karyeralarında, bəziləri idmanda, bəziləri təhsil sahəsində. Bəziləri bir il, 10 il, bəlkə də 20 il parlayır. Lakin bu cür parlamaların hamısı yalnız bir mövsümlükdür.
Lakin bəzi insanlar var ki, onlar nəinki 10, 20, hətta 1000 il deyil, əbədi parlayacaqlar. Yuxarıdakı Daniel 12:3-ə görə, əbədi parlayacaqlar müdrik olanlar və insanları salehliyə döndərənlərdir.
Siz insanları döndürürsünüzmüsalehliyə? Bunu onlarla Allah haqqında danışaraq, ya da həyatınızla onlara Allahı göstərərək edə bilərsiniz. Əslində, həyatınız səsinizdən daha uca danışır və insanları Allahdan uzaqlaşdıra və ya Ona tərəf yönəldə bilər.
Həyat tərziniz necədir? Qalatiyalılara 5:22-23-də təqdim olunduğu kimi, Allahın Müqəddəs Ruhunun bəhrəsini – “məhəbbət, sevinc, sülh, səbir, xeyirxahlıq, yaxşılıq, sədaqət, mülayimlik və özünə nəzarət” – nümunə göstərirmi?
Yoxsa həyatınız Qalatiyalılara 5:20-21-də təqdim olunduğu kimi, bədənin bu pis əməllərini – “cinsi əxlaqsızlıq, murdar fikirlər, şəhvətli zövqə həvəs, bütpərəstlik, cin fəaliyyətlərində iştirak, düşmənçilik, çəkişmələr, qısqanclıq, qəzəb partlayışları, eqoist ambisiya, bölünmələr, öz kiçik qrupunuzdakılar istisna olmaqla hər kəsin səhv olduğu hissi, paxıllıq, sərxoşluq, vəhşi partilər və digər günah növləri” – nümunə göstərir?
Həyat tərziniz hansıdır?İnsanları Allahdan uzaqlaşdırırsınız, yoxsa Ona tərəf yönəldirsiniz? Əbədi parlamq istəyirsinizsə, həyat tərziniz və sözləriniz insanları salehliyə döndərsin. Evdə, işdə, məktəbdə, dostlarınız arasında, həmkarlarınız arasında, hər yerdə insanları salehliyə döndərin və siz əbədi bir ulduz kimi parlayacaqsınız.
Yalnız saleh Allahı tanıyan və saleh həyat sürən bir insan başqalarını salehliyə yönəldə bilər. Siz saleh həyat sürürsünüzmü? Bunu necə edə bilirsiniz? Yalnız bir yol var. İsa ilə tanış olmalısınız. Yenidən doğulmalısınız. Günahlarınızı Allaha etiraf etməli, onlardan tövbə etməli, İsanı Rəbbiniz və Xilaskarınız kimi qəbul etməli, Ona inanmalı və Onu izləməlisiniz. Saleh həyat sürməyə və başqalarını salehliyə yönəltməyə belə başlayırsınız.
İsa sizi gözləyirOnun sizi əbədi parlamaya hazır etməsi üçün. Ona icazə verəcəksinizmi?
MÜƏLLİF HAQQINDA: Evangelist gənclər nazirliyinin koordinatoru Sola Jegede və həyat yoldaşı Bunmi, üç övladları ilə birlikdə yaşadıqları Sierra Leonedə Rəbbə tam zamanlı xidmət edirlər.