Allahın Yaradılışdakı Məqsədi
Fevral 2016 —Lütf və Həqiqət Jurnalı
Allahın YARADILIŞDAKI MƏQSƏDİ
Kainat
Allahın yaradılışdakı məqsədlərindən biri Öz izzətini nümayiş etdirməkdir! Zəburçu yuxarıya çılpaq gözləri ilə baxdı və yalnız altı minə yaxın ulduz, bir neçə planet və bir ay gördü. Lakin onun cavabı belə oldu: “Göylər Allahın izzətini bəyan edir, səma Onun əl işini elan edir” (Zəb. 19:1ESV ). Müasir alətlərimizlə biz kəşf etdik ki, bizim qalaktikamız olan Süd Yolu milyardlarla ulduzdan ibarətdir. Astronomlar milyardlarla belə qalaktika tapmışlar. Biz həmçinin qalaktikamızdakı uzaq ulduzların ətrafında fırlanan iki minə yaxın planet kəşf etmişik və daha çoxu da ola bilər!
Bəşəriyyət
Bizə Allahın yaratmaqdakı məqsədlərinin təfərrüatları deyilmir, yalnız “hər şey ... görünən və görünməyən ... [Oğul] vasitəsilə və Onun üçün yaradılmışdır” (Kol. 1:16). Allahın “zamanın dolğunluğu üçün planı [odur ki] hər şeyi Onda birləşdirsin” (Efes. 1:10). Bu plan “Yer” adlandırdığımız kiçik planeti əhatə edir ki, bu da “günəş” adlandırdığımız kiçik bir ulduzun ətrafında fırlanır.
Yaratmazdan əvvəl Allah nəzərdə tutmuşdu ki, yer insanların yaşaması üçün uyğun bir yer olmalı və insanlar Onun Öz surətində (Yar. 1:26-27), “Onun qarşısında müqəddəs və qüsursuz” (Efes. 1:4) olmalıdırlar. Lakin Şeytan insanı özü kimi, Allahın düşməni olmağa vadar etdi. Bu düşmənçiliyi aradan qaldırmaq üçün Allah Öz Oğlunu göndərdi ki, iman vasitəsilə bizi Özü ilə barışdırsın. Oğul insan oldu ki, “Öz bədənində, Öz ölümü ilə” biz “Onun qarşısında müqəddəs və ... qüsursuz” ola bilək (Kol. 1:22). Bu tək qurban vasitəsilə “O, [bizi] əbədi olaraq mükəmməlləşdirmişdir” (İbr. 10:14), bizi Məsihin Özünə verdiyi izzətə layiq etmişdir (Yəh. 17:22). Sahip olacağımız nemətlər haqqında “heç bir göz görməmiş, heç bir qulaq eşitməmiş, heç bir insanın ürəyi təsəvvür etməmişdir ki, Allah Onu sevənlər üçün nə hazırlamışdır” (1 Kor. 2:9).
Yaradılışda Allah Öz izzətini bəyan etdi. Və bütün məqsədləri həyata keçirildikdə, iman edənlər təsəvvürəgəlməz nemətlərlə mübarək olacaqlar! Qoy biz həmişə “[Allahı] Onun qüdrətli əməllərinə görə tərifləyək; Onu üstün əzəmətinə görə tərifləyək” (Zəb. 150:2).
Alan H. Crosby tərəfindən