“Bizə Kim Ağalıq Edir?”
Yanvar 2021 –Lütf və Həqiqət Jurnalı
“Bizə Kim Ağalıq Edir?”
Məzmur 12:4 ayəsindəki( NASB ) bu sual “bir-birinə yalan danışan; yaltaq dodaqlarla və ikiüzlü ürəklə” (2-ci ayə) danışanlar tərəfindən təkəbbürlə verilir. Onlar “böyük şeylər” (3-cü ayə) və ya bir neçə başqa tərcüməyə görə “təkəbbürlü şeylər” danışırlar. Şübhəsiz ki, bu təsvirə uyğun gələn insanları görmək üçün çox uzağa baxmağa ehtiyac yoxdur. Bu insanlar “həqiqətdə durmayan”, “özündə həqiqət olmayan” və “yalanın atası” olan Şeytanın yollarını izləyirlər (Yəh. 8:44). İmansız adamların xüsusiyyətləri artacaq və Antixristdə tam şəkildə görünəcək. Antixrist görünməzdən qısa müddət əvvəl, Rəbb İsa Məsihə güvənənlərimiz bu səhnədən “Rəbblə havada görüşmək üçün götürüləcəyik və beləliklə həmişə Rəbblə olacağıq” (1 Salon. 4:17).
Gəlin bir anlıq özümüzə eyni sualı verək: Bizə kim ağalıq edir? Biz möminlər bu fikri düşünməyə başlayanda münasibətimiz nə olursa olsun, dərhal təvazökar oluruq. Bizə kim ağalıq edir? Əlbəttə ki, Rəbb İsa Məsihdir. O, Allah olaraq, bu günahla lənətlənmiş dünyaya İnsan kimi gələn Odur. İsa, Qolqota xaçında günahlarına görə Allahın hökmünü çəkərək kişiləri, qadınları və uşaqları xilas etmək məqsədi ilə gəldi. Bu işi görərkən, Öz yaratdıqlarının əlində dəhşətli əzab çəkdi və Allah tərəfindən tərk edildikdə anlaşılmaz ağrıya dözdü. İsa Məsih Özünü verdi ki, biz əbədi yaşayaq – və hətta bu həyatdan indi də zövq alaq! O, göydə ucaldılmışdır və biz burada gündən-günə gəzdikcə Onun sevgisi və lütfü üzərimizə yağdırılır.Bu Odurki, bizim Rəbbimizdir!
Məzmur 12-də oxuyuruqki, Rəbb “qalxacaq” və dindar adamı “arzu etdiyi təhlükəsizliyə” qoyacaq (5-ci ayə). Bu vəddən sonra RƏBBin sözlərinin təsviri gəlir, imansızların yalanlarına zidd olaraq: “RƏBBin sözləri saf sözlərdir; yer üzündə sobada sınaqdan keçirilmiş, yeddi dəfə təmizlənmiş gümüş kimi” (6-cı ayə). Rəbbin dedikləri saf həqiqətdir! Qoy bu Yeni ildə Allahın Kəlamını hər gün oxumağa vaxt ayıraq və sözlərin ruhlarımızı yumasını təmin edək ki, təsiri nəzərə çarpsın. Sonra, bizə baxan hər kəs “bizə kim ağalıq edir” biləcək.
Paul Alberts tərəfindən