Çıxılmaz Yola Aparan Tək Yol
Müjdə– Mart 2013 –Lütf və Həqiqət Jurnalı
Çıxılmaz Yola Aparan Tək Yol
Təsəvvür edə bilərsinizmitək istiqamətli, çıxılmaz yolda sürməyi? Bilirəm, sürücü nöqteyi-nəzərindən gülünc səslənir, amma həyat da məhz belədir.
Biz həmişə zamanda irəliləyirik, lakin həyatımız yalnız qəbirə, çıxılmaz yola aparır. Tək istiqamətli yolda geri dönmək və bütün gələn nəqliyyata qarşı getmək istəyirik, lakin bu qanuna ziddir və bütün zolaqlar qaçılmaz istiqamətdə – çıxılmaz yola gedən nəqliyyatla doludur.
Etiraf etsək də, etməsək də,hamımız belə bir yoldayıq. Ölüm olan qaçılmaz sonu dayandırmağa gücümüz yoxdur. Lakin Rəbb İsa dedi: “Tövbə edin,” bu o deməkdir ki, geri dönün, başqa istiqamətə gedin. Əslində O dedi: “Əgər tövbə etməsəniz, hamınız eynilə həlak olacaqsınız” (Luka 13:3,5NKJV).
İsa həmçinin dedi: “Yenidən doğulmalısınız” (Yəhya 3:7). Yenidən doğulmaq sizə əbədi ölümlə bitməyən yeni bir ruhani həyat verir və sizə əbədi olaraq başqa istiqamətə getmək gücü verir.
Müqəddəs Kitab deyir ki, “Onu (İsanı) qəbul edənlərin hamısına, Onun adına iman edənlərə Allahın övladları olmaq haqqını verdi” (Yəhya 1:12). O sizi məhvə aparan günahın geniş yolundan döndərəcək və əbədi həyata aparan dar yola salacaq (Matta 7:13-14). Başqa sözlə, O sizi başqa istiqamətə yönəldəcək.
Sual budur:Çıxılmaz yola aparan tək istiqamətli yolda davam etmək istəyirsinizmi? Yoxsa İsa Məsihdən sizi döndərməsini və əbədi həyata aparan istiqamətə yönəltməsini istəyirsiniz? Siz qərar verin. Sonra Ondan bunu etməsini xahiş edin.
Bu qərarı verməyinizə kömək etmək üçün daha çox məlumata ehtiyacınız varsa, bizə yazın.Sizə daha çox məlumat verə bilərik!
Tom Steere tərəfindən