Kəldanilərin əli ilə İsrailin cəzalandırılması, əlbəttə ki, Allahın iradəsinə uyğun idi. Lakin Kəldanilərin bu cəzanı həyata keçirməkdəki həvəsi və qəddarlığı Babilin sonra obyekt olacağı «qisas»ı əsaslandırmalı idi. Yalnız bu deyil, İsrailə hücum edərək, Babil RƏBBƏ qarşı da mübarizə aparırdı (24-cü ayə; Zəkəriyyə 2:8). Xüsusilə məbədin dağıdılması və talan edilməsi, Öz şöhrətini oraya qoymuş Kəsə şəxsi təhqir idi. Bu səbəbdən Babilin cəzası «Onun məbədinin qisası» adlanır (28-ci ayə; Yeremiya 51:11).
Qeyd edək ki, bu qaranlıq fəsillər xalq arasında Allaha sadiq olanlar üçün eyni zamanda nə qədər təşviqlə doludur. RƏBB, «onların Qurtarıcısı, güclüdür;» O, İsrailin, Öz «səpələnmiş qoyunlarının» işini öz üzərinə götürür ki, onları yeyən aslanların ağzından xilas etsin (17, 34-cü ayələr). «O vaxt», Onun bağışlaması bütün günahlarını silmiş olacaq: «İsrailin günahı axtarılacaq, lakin heç biri tapılmayacaq; və Yəhudanın günahları, lakin onlar tapılmayacaq» (20-ci ayə; müq. Saylar 23:21).