«İsrail övladları yenə Rəbbin gözündə pis işlər gördülər... Və Rəbb onları Hazorda hökmranlıq edən Kənan padşahı Yabinin əlinə satdı» (Hakimlər 4:1-2).Qeyd etmək lazımdır ki, Hazor və onun müttəfiqləri bu vaxtdan yüz il əvvəl Yeşua tərəfindən fəth edilmiş (Yeşua 11:10-15) və yer üzündən məhv edilmişdi. Əgər tamamilə məhv edilmişdisə, niyə yenidən ondan eşidirik? Əgər Hazoru bizə hakim olmuş bəzi ruhani pisliyi təsvir edən bir şey kimi qəbul etsək, dəyərli bir dərs alırıq. Hamımız belə bir şeyi devirməyin nə olduğunu bilirik və sonra bir gün o köhnə düşmənin eyni gücdə olduğunu görüb yenidən onunla mübarizə aparmalı oluruq.
Hazor padşahının adı əhəmiyyətlidir – o, «anlayış» deməkdir. Əgər biz insan zəkasının gücünün Allahın Kəlamının gücünün yerini tutmasına icazə versək, anlayış düşmən ola bilər. İlahi işlərdə sadəcə insan anlayışının gücünün idarə etməsi dəhşətli və qorxunc bir şeydir. «Yabin» beləliklə, öz anlayışlarının işığı ilə kifayətləndikləri üçün «Rəbbin işığını» istəməyən insanları təsvir edir.
Allahdan uzaq istifadə olunan zəka, hansı ad altında gizlənsə də, imansızlıq deməkdir.S.R.





