«Çox səbir» Allahın qulunun (yəni hər bir möminin, ayə 4; 2 Korinflilərə 12:12) tərifidir. Bütün danışıqlardan daha yaxşı, Pavlusun sınaqlarına dözmə tərzi onun İncilinin dəyərini sübut etdi. O, çətinliyə dəyər bir şey üçün əzab çəkdi.
Xristian nə qəribə bir insandır! Bir mənada onun iki üzü var. Dünyanın gözündə o, şərəfsiz, aldadıcı, naməlum . . . kədərli, kasıb, heç nəyi olmayan görünür. Bəs o, Allahın qarşısında nədir? həqiqi, yaxşı tanınan, yaşayan, həmişə sevinən, nəhayət hər şeyə sahib olan! (ayələr 8-10). Bu onun əsl üzüdür.
Sonrakı nəsihətlər dar və sərt görünə bilər. Lakin onlar həvarinin açıq ürəyindən gəlir (ayə 11). Ayrılıq sözü bizi ruhdan salır, lakin müqəddəslikdən danışan hər kəs Allah üçün ayrılığı nəzərdə tutur (Levililər 20:26). Birini (7:1) əldə etmək mütləq digərini tətbiq etməyə bərabərdir. Dünyadan ayrılıq (ayələr 14, 5) yalnız bu və ya digər uyğun olmayan evlilik planına aid deyil. Dini dünyadan ayrılıq (ayələr 16-18) əvəzsiz mükafatlar təklif edir: Rəbb İsanın Öz xalqının «arasında» olması və Atamız Allahla müqəddəs bir münasibətdən zövq almaq. Nəhayət (7:1) pisliyin bütün formalarından ayrılıq olmalıdır.
