Musanın son kitabı, Qanunun təkrarı, əvvəlki kitabların hekayələrini və təlimlərini qismən təkrarlayır. Həyatının sonuna çatmış sadiq lider, yeni nəslin xeyrinə səhradakı hadisələri və İsrail üçün onların dərslərini yenidən nəzərdən keçirir. Misirdən çıxan kişilərin hamısı həlak olmuşdur, buna görə də gənc nəsli xəbərdar etmək və öyrətmək zəruri olmuşdur. Bunu nəzərə alaraq, Qanunun təkrarının oxunması gənc möminlər üçün xüsusilə faydalı olacaqdır. Sanki onları qiymətli vaxtı itirməməyə çağırmaq üçün, kitab bəlağətli bir ziddiyyətlə başlayır. V. 2-yə görə, xalqı Horebdən Kənan torpağına aparmaq üçün on bir gün kifayət olardı. Lakin qırx il çəkdi! (v. 3). Bir neçəmiz təəssüflə bir çox illəri boşa keçirdiyimizi xatırlayırıq. Siz mütləq yetkinliyə və ya qocalığa qədər gözləmək məcburiyyətində deyilsiniz ki, imanla «səmavi yerlərin» tam sahibliyinə daxil ola biləsiniz. Müqəddəs Ruh bizə xristian həyatımızın lap əvvəlindən həqiqətləri və prinsipləri öyrətmək istəyir.
Vv. 13-18 bizə «yolda» (Yaradılış 45:24) öz aramızda mübahisə etmək kimi kədərli meylimizi və Rəbbin Öz xalqının səhrada ilk addımlarından etibarən atmaq məcburiyyətində qaldığı tədbirləri xatırladır.