On iki kəşfiyyatçı yola çıxmışdı: hər qəbilədən bir nəfər. Əvvəlcə onların arasında heç bir fərq yox idi. Lakin qırx günlük səyahət kişiləri sınaqdan keçirdi (Müqəddəs Kitabda 40 rəqəmi həmişə sınaqdan bəhs edir). Və qayıtdıqdan sonra hər biri ürəyində olanı göstərdi. Nəticə? On nəfər imansızdır; yalnız iki nəfər, Yeşua və Kaleb, Allaha güvənir. İman Rəbbi tanıyır və şəraiti Onun nöqteyi-nəzərindən qiymətləndirir; imansızlıq isə onları insan ölçüləri ilə ölçür və görünən maneələrlə qarşılaşır. Anak oğulları olan nəhənglər xəyali deyildi, yüksək divarlar da. Lakin kişilərin günahı öz məhdudiyyətlərini nəzərə almaq və düşmənlərinin onlar haqqında nə düşündükləri ilə məşğul olmaq idi (33-cü ayə). Onlar RƏBBƏ baxmalı idilər. Yeşua və Kaleb imanlarını hər kəsin qarşısında bəyan etməkdən utanmırlar. Onlar vəd edilmiş mirasın dəyərini qiymətləndirir və qardaşlarını onu ələ keçirməyə çağırırlar. Bu gözəl bir nümunə deyilmi! Gəlin, ruhları İsanın ardınca getməkdən çəkindirənlər arasında deyil, «torpağı» tövsiyə edənlər arasında olaq!
Başqaları ilə razılaşmamaq həmişə çətindir və bəzən təhlükəlidir. İki kişi xalq tərəfindən daşqalaq edilməkdən qaçır (10-cu ayə), lakin Allah onların tərəfindədir.