Ailə –Dekabr 2010 – Lütf və Həqiqət Jurnalı
ATALAR VƏ OĞULLAR ÜÇÜN BİR SUAL: Kimin Ardınca Gedəcəyik?
«Yesseyin üç böyük oğlu Saulun ardınca döyüşə getmişdi. Döyüşə gedən üç oğlunun adları ilk doğulan Eliab, ondan sonra Abinadab və üçüncüsü Şammah idi.» 1 Samuel 17:13 NKJV
«Qatda bir müharibə var idi, orada böyük boylu bir adam var idi... və o da nəhəngdən doğulmuşdu. Beləliklə, İsraili təhqir etdikdə, Şimeanın (Şammahın) oğlu Yonatan, Davudun qardaşı, onu öldürdü.» 1 Salnamələr 20:6-7
Davudun böyük qardaşı Şammah (və ya Şimea) Saulun – xalqın padşah seçimi – ardınca filistlilərlə döyüşməyə getdi. Lakin Qolyat çıxıb İsraili təhqir etdikdə, Şammah İsrailin bütün digər kişiləri ilə birlikdə qorxdu. Və Davud Qolyatı öldürdü.
İndi Şammahın oğlu Yonatanın nə etdiyini düşünün. O, Qolyatın oğlunu fəth etdi, hansı ki, bəlkə də Qolyatın özündən daha böyük bir canavar idi, çünki hər əlində altı barmağı və hər ayağında altı barmağı var idi (1 Salnamələr 20:6).
Nə fərq yaratdı qorxan ata Şammah ilə fəth edən oğlu Yonatan arasında? Onların ardınca getdikləri kəs deyilmiydi?
Bəlkə də Şammah, Davud Rəbbin gücü ilə Qolyata qarşı çıxdıqda, Eliab ilə birlikdə Davudu danlamağa qoşuldu (1 Samuel 17:28).
Lakin Şammahın oğlu Yonatan, «Allahın ürəyinə görə adam» (1 Samuel 13:14; Həvarilərin İşləri 13:22) olan Davudun ardınca gedərək, atasının bacarmadığı birini fəth etdi.
Atalar və oğullar, bu gün kimin ardınca gedəcəyik? Allahın seçimi, Rəbb İsa olacaqmı? Yoxsa insanların seçimi, Saul kimi biri olacaqmı?





