«Rəbb belə deyir: Gəncliyinin mərhəmətini, nişanlılığının sevgisini xatırlayıram, Mənim ardımca gəldiyin zaman» (Yeremya 2:2). Hal-hazırda, Rəbbə olan sevginizin əvvəlki kimi olmadığını kədərli bir şəkildə hiss edirsinizmi? Onunla ünsiyyət və dostluq sadəcə xatirələrdən ibarətdirmi? Özünü əyləndirən günah, ya da başqa bir obyekt içinizə sızaraq sizi ilk sevginizi tərk etməyə və unutmağa səbəb oldumu? Əgər belədirsə, siz dönüksünüz.
Sizin üçün yalnız daha kədərli və daha ümidsiz bir yadlaşmanın acılığı ola biləcəyi qənaətinə gəlməyin. Xeyr, xeyr! O, gəncliyinizin mərhəmətini xatırlayır! O, indi qəribə şəkildə azalan o erkən vədləri, o erkən verilmiş sevgini xatırlayır. O deyir:
«Qayıdın, dönük övladlar; Mən sizin dönüklüyünüzü sağaldacağam» (Yeremya 3:22).
Allah dönük övladları ilə necə də zərif və sevgi ilə davranır! O, onların günahlarını xatırlamaqdan zövq almır; əksinə, unudulmuş keçmişdən onlarda tərifə layiq gördüyü hər şeyi çıxarmağı sevir. Məsələn, O, Lutu «saleh Lut» (2 Peter 2:7) kimi qeyd edir və Tiberiya dənizi kənarında Peterlə qarşılaşdığında (Yəhya 21:1), onun əvvəlki imansızlığını qaldırmır, əksinə ona yenilənmiş sevgi və xidmət çağırışı edir.
Bizimlə də belədir. O, bizim vəziyyətimizdə də itaət vədimizdən sonra uzun müddət davam edən soyuqluq, məsafə və yadlaşma dövrünü unutmağa hazırdır. Bəli, cəsarət edin! Düşüncələrinizi o lütfkar dövrlərə qaytarın, «Onun çırağı [sizin] başınızın üstündə parlayanda, və Onun işığı ilə [siz] qaranlıqdan keçəndə» (Eyub 29:3).
Allah sanki deyir: Siz Məni düşüncələrinizdən qovmuş ola bilərsiniz, lakin Mən sizi öz düşüncələrimdən qovmamışam — Mən xatırlayıram… gəncliyinizin mərhəmətini.





