İndi ki, insan öz məsuliyyəti sahəsində tamamilə uğursuzluğa düçar olmuşdur, biz lütf Allahının Salnamələr kitablarında hər şeyi lap əvvəldən yenidən izlədiyini görəcəyik. İnsan irqinin tarixi burada bir növ təkrarlanır, artıq insanın törətdiyi pisliyə (Samuel və Padşahlar kitablarında olduğu kimi) vurğu edilmir, əksinə, Allahın bu pisliyə cavab olaraq düşündüyü və həyata keçirdiyi yaxşılığa vurğu edilir. Beləliklə, biz bu bəşəriyyət tarixinin şəcərədə Adəmə qədər geri gedərək yenidən nəql edildiyini görürük! Qeyd edilmişdir ki, ilk on adın mənaları birlikdə oxuduğumuz bir cümlə təşkil edir ki, bu da incilin xülasəsi kimidir. Adəm: insan Şet: yerini tutdu Enoş: ölümlü, sağalmaz Kenan: ağlayan Mahalalel: Allah razı qaldı Yered: endi Henox: məsh edilmiş, öyrədilmiş Metuşelah: onun ölümü gətirir Lamex: (üçün) günahkara Nuh: təsəlli (və) istirahət.
Biz burada ilk növbədə əvvəlki hər şeyin bir nəticəsini görürük: yəni məxluqun düzəlməz xarablığının bəyanatını. Və eyni zamanda, Allahın məsləhətlərinin açılışına heyranedici bir giriş görürük ki, biz bunu bu iki kitabın gedişində qızıl bir ip kimi izləyəcəyik!