Allahın YARADILIŞDA Məqsədi
Kainat
Allahın yaradılışda məqsədlərindən biri Öz izzətini nümayiş etdirməkdir! Zəburçu yuxarıya çılpaq gözləri ilə baxdı və yalnız altı minə yaxın ulduz, bir neçə planet və bir ay gördü. Lakin onun cavabı belə oldu: «Göylər Allahın izzətini bəyan edir, səma Onun əl işini elan edir» (Zəbur 19:1 ESV). Müasir alətlərimizlə biz kəşf etdik ki, bizim qalaktikamız olan Süd Yolu milyardlarla ulduzdan ibarətdir. Astronomlar milyardlarla belə qalaktika tapmışlar. Biz həmçinin qalaktikamızdakı uzaq ulduzların ətrafında fırlanan iki minə yaxın planet kəşf etmişik və daha çoxu ola bilər!
Bəşəriyyət
Allahın yaratmaqda məqsədlərinin təfərrüatları bizə deyilmir, yalnız «hər şey ... görünən və görünməyən ... [Oğul] vasitəsilə və Onun üçün yaradılmışdır» (Koloslulara 1:16). Allahın «zamanın dolğunluğu üçün planı [odur ki] hər şeyi Onda birləşdirsin» (Efeslilərə 1:10). Bu plan «Yer» adlandırdığımız kiçik planeti əhatə edir ki, bu da «günəş» adlandırdığımız kiçik bir ulduzun ətrafında fırlanır.
Yaratmazdan əvvəl Allah, yerin insanlar üçün yaşamağa uyğun bir yer olmasını və insanların Öz surətində (Yaradılış 1:26-27), «Onun qarşısında müqəddəs və qüsursuz» (Efeslilərə 1:4) olmasını nəzərdə tutmuşdu. Lakin Şeytan insanı özü kimi, Allahın düşməni olmağa sövq etdi. Bu düşmənçiliyi aradan qaldırmaq üçün Allah Öz Oğlunu göndərdi ki, iman vasitəsilə bizi Özü ilə barışdırsın. Oğul insan oldu ki, «Ölümü ilə Öz cismani bədənində» biz «müqəddəs və ... Onun qarşısında qüsursuz» (Koloslulara 1:22) ola bilək. Bu tək qurbanla «O, [bizi] əbədi olaraq mükəmməlləşdirdi» (İbranilər 10:14), bizi Məsihin Öz övladlarına verdiyi izzətə (Yəhya 17:22) layiq etdi. Sahip olacağımız nemətlərdən «heç bir göz görməmiş, heç bir qulaq eşitməmiş, heç bir insanın ürəyi təsəvvür etməmişdir ki, Allah Onu sevənlər üçün nə hazırlamışdır» (1 Korinflilərə 2:9).
Yaradılışda Allah Öz izzətini bəyan etdi. Və bütün məqsədləri yerinə yetirildikdə, imanlılar ağlasığmaz nemətlərlə mübarək olacaqlar! Qoy biz həmişə «[Allahı] Onun qüdrətli əməllərinə görə tərifləyək; Onu Onun üstün əzəmətinə görə tərifləyək» (Zəbur 150:2).





