Sizi 100 faiz anlayan bir insan var. Sizi düşünən və sizə qarşı həqiqi mərhəmət bəsləyən bir insan. Və bu, Tanrının Oğlu İsa Məsihdir. O, Tanrının sağ əlində, göydəki Baş Kahininizdir.
«Çünki bizim zəifliklərimizə rəğbət bəsləyə bilməyən bir baş kahinimiz yoxdur, əksinə hər cəhətdən bizim kimi sınaqdan keçirilmiş, lakin günahsız olan bir baş kahinimiz var.» (İbranilərə 4:16)
O, sizi yer üzündəki öz təcrübəsinə görə anlayır. Əgər tənha hiss edirsinizsə, unutmayın ki, O, bunun necə bir hiss olduğunu bilir. Çünki heç kim xaçda olduğu qədər tənha deyildi - Tanrı və insan tərəfindən tərk edilmişdi.
Əgər yaxınlarınız tərəfindən yanlış anlaşıldığınızı hiss edirsinizsə, unutmayın ki, İsa tez-tez öz ailəsi və şagirdləri tərəfindən yanlış anlaşılırdı.
Bəlkə də mərhəmətə və sizi təsəlli edəcək birinə can atırsınız. Rəbb bunu bilir. Zəbur 69-da O, peyğəmbərcəsinə deyir:
«Mərhəmət axtardım, lakin yox idi, təsəlli verənlər axtardım, lakin tapmadım» (Zəbur 69:20).
İsa özünü insanların ehtiyacları ilə o qədər birləşdirmişdir ki, Onun haqqında belə deyilir:
«O, bizim xəstəliklərimizi götürdü və bizim dərdlərimizi daşıdı.» (Matta 8:17).
O, nə yaşadığınızı bilir. Və O, sizinlə birlikdə hiss edir!





