Rəbb İsa, dini rəhbərlərin bütün hücumlarını boşa çıxardıqdan sonra, indi şagirdləri və camaatı belə adamlara qarşı xəbərdar edir. Onların dedikləri əsasən əla idi; təəssüf ki, etdikləri isə çox fərqli idi (Matta 21:30-a baxın). Biz ki, bu qədər Müqəddəs Yazı həqiqətlərini öyrənmişik və başqalarına onları doğru zamanda xatırlatmağı çox yaxşı bacarırıq, özümüz onları tətbiq etdiyimizə əminikmi? (Yəhya 13:17; Romalılara 2:17...).
Bu rəhbərlər ilə Məsih, yeganə həqiqi Rəhbər arasında necə bir ziddiyyət var! (8, 10-cu ayələr). Onlar qanunu təsdiqlədilər; O, onu yerinə yetirdi (Matta 5:17). Onlar başqalarının üzərinə «ağır və daşınması çətin yüklər» qoydular (4-cü ayə); O, yorğun və yüklənmişləri çağırdı ki, onlara rahatlıq versin (Matta 11:28). Onlar baş yeri seçdilər (6-cı ayə); O, beşikdən çarmıxa qədər həmişə ən aşağı yeri tutdu. O, Rəhbər olmadan əvvəl Xidmətçi idi (11-ci ayə). Heç kim Ondan daha yüksək olmayacaq, çünki heç kim heç vaxt Ondan daha həqiqi şəkildə alçaldılmamışdır. Lakin öz şöhrətlərini axtaran bu katiblər və fəriseylər öz məhv və dağıntı yerlərinə gedəcəklər. Xidmətinin əvvəlində elan etdiyi bərəkətlər (Xoşbəxtliklər) əvəzinə, «Vay» Xilaskarın belə ağır məsuliyyət daşıyan bu adamlara qarşı yeddi dəfə deməli olduğu dəhşətli ifadədir.