Ustadlarının həyatında duanın tutduğu yer şagirdləri çox təsir edir. Onlar kimi olaq: Rəbbdən bizə dua etməyi öyrətməsini istəyək. Dua, öyrəndiyimiz bir neçə cümləni əzbərdən oxumaqdan ibarətdirmi? İki dostun məsəli bizə əksinə, hər bir ehtiyacı sadəcə, lakin dəqiq ifadə etməyi öyrədir: «Dost, mənə üç çörək ver . . . (5-ci ayə). Bəlkə də qəfildən özünü hiss etdirən və, belə demək olarsa, öz ürəyimizin qapısını döyən ruhani bir ehtiyacdır (6-cı ayə)? Belə bir inamı rədd etməkdən qorunaq; onu daha çox səyahətdə olan bir dost kimi qəbul edək (6-cı ayə). Bəlkə də ona təklif edəcəyimiz heç nə yoxdur? O zaman ilahi Dosta müraciət edək, Onu narahat etməkdən qorxmadan. Öz sevgisində, Allah Öz övladlarına cavab verməkdən zövq alır və onları heç vaxt aldatmaz. Əksinə, əgər biz öz cəhalətimizdə və müdriklik çatışmazlığımızda Ondan »bir daş« istəsək, O, bizim istəyimizi »yaxşı hədiyyələrə« çevirməyi bilir (13-cü ayə).
İnsan Rəbb İsa ilə görüşənə qədər, 14-cü ayədəki cinli adam kimi Allaha qarşı lal olur. Məsih tərəfindən xilas edildikdən, sonra çevrilməsi zamanı Müqəddəs Ruhu aldıqdan sonra (müq. 13-cü ayə), o, tərif və dua ilə səsini ucalda bilər. Bu imtiyazdan daha tam istifadə edək!