Nə qədər güclü bir ifadə! “Sən və sənin evin yaşayacaqsınız!” Pavel həbsxana gözətçisi ona “Xilas olmaq üçün nə etməliyəm?” deyə soruşanda eyni ifadəni işlətmişdi. Cavab sadə idi: “Rəbb İsa Məsihə iman et, sən və sənin evin xilas olacaqsınız” (Həvarilərin İşləri 16:30–31). Sidqiyyə onu və evini xilas edə biləcək sözü eşitdi! Bəs eşitdikləri ilə nə etdi? O, Yeremiyadan söhbətlərini heç kimə bildirməməsini xahiş etdi!
Sidqiyyə padşah idi, pulu və nüfuzu var idi. Lakin hakiminin qarşısında duranda bunların heç biri işə yaramadı. Bu, hökm günü idi. Oğullarının boğazını gözlərinin önündə kəsdilər, sonra da gözlərini çıxardılar. Bu, onun son gördüyü şey idi. Sonra ömrünün qalan hissəsini həbsxanada keçirdi. O, 32 yaşında idi.
Sidqiyyə Allahın qurtuluş sözünə itaət etmədi və özünü hakiminin qarşısında tapdı. Hökm günü heç bir insan Allahla danışıqlar apara bilməyəcək. Bütün ağızlar bağlanacaq. Hamı günahkar tapılacaq və əbədi olaraq od və kükürd gölünə atılacaq.
“Düşməninlə yolda ikən tez barış, yoxsa düşmənin səni hakimə təhvil verər, hakim də səni məmura təhvil verər və həbsxanaya atılarsan” (Mat. 5:25). Biz bu gün müjdəyə itaət etməliyik! Biz Onu hakim kimi qarşılamazdan əvvəl indi Allahla yaxşı münasibətlər qurmalıyıq. Günah məsələmiz həll olunmalıdır. Və yalnız bir yol var: Allahın müjdəsinə itaət etməkdir.
İsa Məsih xaç üzərindəki işi ilə “Ona itaət edənlərin hamısı üçün əbədi qurtuluşun müəllifi oldu” (İbr. 5:9). “Oğula iman edənin əbədi həyatı var; Oğula iman etməyən isə həyatı görməyəcək, lakin Allahın qəzəbi onun üzərində qalır” (Yəh. 3:36). Sidqiyyə kimi Allahın əbədi zülmət zindanında sona çatmayın. Rəbbimiz İsa Məsihin müjdəsinə indi itaət edin! (Bəli, elə indi!)




