Allahımızı və Xilaskarımızı tərifləmək üçün cənnətə çatana qədər gözləməyək. «Yaşadığım müddətdə RƏBBİ tərifləyəcəyəm», – deyir zəburçu (2-ci ayə; Zəbur 34:1 ilə müqayisə edin). Yalnız O, bizim tərifimizə və etibarımıza layiqdir. 3, 4-cü ayələr bizə insana güvənməmək barədə ciddi xəbərdarlıq edir, çünki bu, bir çox formalarda (məsələn, insanların təsdiqini axtarmaq) daimi bir təhlükədir. Şahzadələrdən heç bir kömək gözləməyin, hətta Allah Özü bəzən onları bizim xeyrimizə istifadə etsə belə. Nə qədər yüksəkdə olsalar da, onlarda xilas yoxdur (3-cü ayə); onlar boşluq kimidirlər (Zəbur 144:4) və əgər inanmırlarsa, bir gün əməlləri ilə birlikdə məhv olacaqlar (4-cü ayə).
Varlı valideynləri olan bir uşağın kasıb qonşulardan dilənməsi haqqında nə düşünərdik? Atamız sonsuz qüdrətli, sonsuz müdrik və bizi sevən Allahdır; bizə daha nə lazımdır? O, Şeytanın əsirlərini azad edir (7-ci ayə). O, iman gözlərini açır (Efeslilərə 1:18). O, özləri üçün çox ağır olan yüklər altında «əyilmiş» gəzənləri qaldırır. O, salehləri sevir (8-ci ayə). O, yadelliyə, yetimə və dul qadına ehtiyaclarına görə qayğı göstərir (Luka 4:18 ilə müqayisə edin). Xor deyir: «Xeyir-dualarınızı sayın və Rəbbin nə etdiyinə təəccüblənəcəksiniz».
