Əvvəlki uğursuz cəhdləri Sanballat, Tobiya və Geşemi ruhdan salmamışdı. Onlar Nehemiyaya riyakar bir təklif edirlər: «Gəlin, bir yerdə görüşək...». Görüş yeri olaraq təyin olunan Ono düzənliyi (yaxud sənətkarlar: Nehemiya 11:35) Allah xalqının düşmənləri ilə əməkdaşlıq aktını nəzərdə tutur. Lakin təklif, beşinci dəfə onu müşayiət edən təhdidlərə baxmayaraq rədd edilir. Sonra Şemaya adlı bir yəhudi vasitəsilə başqa bir tələ qurulur. Bu düşmən agenti yalançı peyğəmbərlik vasitəsilə Nehemiyanı (kahin olmayan) məbəddə sığınacaq axtararaq RƏBBƏ itaətsizlik etməyə çalışır (bax. 2 Korinflilərə 11:13; 1 Yəhya 4:1). Fəriseylər Rəbb İsaya qarşı da eyni şəkildə hərəkət etmişdilər. «Çıx get buradan» deyirlər ona, «çünki Herod səni öldürəcək» (Luka 13:31). Onlar (və Şeytan onların arxasında idi) üzünü Yerusəlimə getməyə qətiyyətlə çevirmiş O kəsi qorxutmağa və iman yolundan azdırmağa çalışırdılar (Luka 9:51).
Sadiq Nehemiya tərəfindən qarşısı alınan ikiqat hücum, xristianı iki həddindən artıq təhlükəyə qarşı xəbərdar edir:
Kəlama tabe olmayanlarla əl-ələ verərək yolu genişləndirmək.
Özünü iddialı, təkəbbürlü bir sektantlıq içində «qapamaq».