Babil padşahının qisas təhdidi ilə üzləşən Yohanan və yoldaşları rəhbərlik üçün Yeremyaya müraciət etdilər. Gəlin RƏBB İsanı düşünək, Onun obrazını bu peyğəmbərdə artıq dəfələrlə görmüşük. O, həmişə bizimlədir: problemlərimizi və qorxularımızı Ona gətirməkdən heç vaxt çəkinməyək.
On gün keçir. Peyğəmbər cavab verməyə tələsmir, çünki özü də Allahın fikrinin ona açılmasını gözləyir.
RƏBB niyə dualarımıza cavab vermək üçün tez-tez bu qədər vaxt sərf edir? O, bizə olan etibarımızı sınamaq istəyir. İman həmişə səbirlidir. Yalnız zaman göstərəcək ki, duamız iman duası idi, yoxsa əksinə, gözləməkdən yorulub problemimizə özümüz həll yolu axtarmağa başlamışıq.
Verilən sual belə idi: Misirə getməliyik, yoxsa ölkədə qalmalıyıq? Yeremyanın ağzından RƏBB Öz lütfkar, lakin qəti cavabını bildirir: «Ölkədə qalın! Orada xeyir-dua alacaqsınız. Babil padşahı sizə lütfkar və mərhəmətli olacaq. Misirə getmək sizin məhvə səbəb olacaq.»
Ey iman qardaşları, qarşımızda hansı yol açılırsa açılsın, RƏBBİN iradəsini bilmədən o yola çıxmaqdan çəkinək.