Rəbb aldanmır. Bu izdihamlar Onu çox dünyəvi bir motivlə izləyirlər: ümid edirlər ki, O, onlara çörək verməyə davam edəcək. Buna görə də O, onları göy üçün işləməyə yönəldir (27-ci ayə). Özümüzdən soruşmalıyıq ki, işimiz ilk növbədə ruhumuzu qidalandıran və qalan yuxarıdakı şeylərə, yoxsa məhv olmağa məhkum olan dünya şeylərinə üstünlük verir.
Bu o deməkdirmi ki, xilas olmaq üçün işlər görməliyik? Bu gün Xristian dünyasında bir çox insan hələ də buna inanır (müq. 28-ci ayə). Lakin Kəlam bəyan edir: «çünki lütf ilə iman vasitəsilə xilas oldunuz . . . əməllərlə deyil» (Efeslilərə 2:8-9). Allah yalnız bir işi tanıyır və bu işi bizdə O işləyir: bizə verdiyi Xilaskara inanmaq (29-cu ayə). Hər şey Ondan gəlir: canlı su (Müqəddəs Ruh; Yəhya 4:10) və həyat çörəyi (Məsihin Özü; 35-ci ayə). Bəs niyə ruhlarımız həmişə doymur? Rəbb Öz vədlərini pozurmu? (35-ci ayə; Yəhya 4:14). Əlbəttə ki, yox! Lakin biz öz tərəfimizdən həmişə şərtləri yerinə yetirmirik: Rəbb İsa deyir: «Mənə iman edən heç vaxt susamayacaq». Xilas olmaq üçün imana ehtiyacımız var, lakin həm də hər gün Onun bütün doluluğundan içə bilmək üçün ona ehtiyacımız var.