«Və Rəbbin sandığını daşıyan kahinlər İordana ayaq basan kimi, onun aşağı axan suları kəsiləcək və bir yığın halında dayanacaq.» (Yeşua 3:13)
Əvvəlcə iman olmalıdır. Kahinlər sandığı götürüb axan çaya enməli idilər – sular kəsilməzdən əvvəl. Onlar başlamazdan əvvəl çayın o tayına yol görmədilər. Onlar düşərgələrini dağıtdılar və heç bir keçid yeri əlaməti olmadan yürüşə başladılar.
Əgər onlar kənara qədər gəlib, sonra yolun açılmasını gözləmək üçün dayansaydılar, yol açılmazdı. Əgər ayaqlarını qaldırıb suyun üzərində tutsaydılar, axının dayanmasını gözləsəydilər, boş yerə gözləmiş olardılar. Onlar suya bir addım atmalı idilər – axın kəsilməzdən əvvəl. Onlar yol açıq imiş kimi irəliləməli, onun açılacağına inanmalı idilər.
Eynilə, biz də Allahın Kəlamına inanmağı və vəzifədə irəliləməyi öyrənməliyik, baxmayaraq ki, irəliləyə biləcəyimiz bir yol görmürük. Bizim tez-tez çətinliklərtərəfindən maneə törədilməyimizin səbəbi, onları keçməyə cəsarət etməzdən əvvəl onların aradan qaldırılmasını gözləməyimizdir. Əgər biz imanla irəliləsək, ayaqlarımız kənara toxunan kimi, sular axıb gedəcək və bir yol açacaq.
Bir çox insan xristian həyatının kənarında dayanır, Məsihi izləməyə başlamazdan əvvəl hissləri gözləyir. Əgər onlar sadəcə Onu izləməyə başlasaydılar, yol onların qarşısında açılardı.
J.R.M.





