Edvard Kimbl ABŞ-da bazar günü məktəbi müəllimi idi və D.L. Mudi adlı bir oğlana ayaqqabı mağazasında İncili izah etmişdi. Bu söhbət nəticəsində oğlan Məsihə iman gətirdi və sonradan 19-cu əsrin ən böyük yevangelistlərindən biri oldu.
Mudinin təbliğləri vasitəsilə iman gətirənlər arasında Vilbert Çapman adlı bir adam da var idi. O da öz növbəsində minlərlə insana İncili təbliğ etdi. Onun İncil xidməti vasitəsilə Billi Sandey iman gətirdi, o da bir çox səlib yürüşləri keçirdi və bu yürüşlər vasitəsilə bir çox insan xilas oldu.
Onlardan biri də Mordekay Hem idi. Bu adam Şimali Karolinanın Şarlott şəhərində İncili təbliğ edərkən, çox xüsusi şəraitdə bir lisey şagirdi iman gətirdi və onun adı Billi Qrem idi. Bu adam da öz növbəsində bir çox ölkədə milyonlarla insana İncili təbliğ etdi.
Hər şey bir ayaqqabı mağazasında baş verən şəxsi söhbətlə başladı və bundan nə qədər böyük bir xeyir-dua gəldi.