Pavlus yenidən Dərbə və Listrada, ilk səfəri zamanı yığıncaqların təşkil olunduğu yerlərdədir. Burada biz «Allah tərəfindən şərəfləndirilmiş» mənasını verən gənc Timoteylə tanış oluruq. O, dindar ana və nənə tərəfindən Müqəddəs Yazılar haqqında biliklə böyüdülmüşdü (2 Timoteyə 1:5; 2 Timoteyə 3:15), bu, həvari ilə «ata ilə oğul kimi müjdədə mənə xidmət etmişdir» (Filippililərə 2:22) xidməti üçün xeyir-dua verilmiş bir hazırlıq idi. 10-cu ayədən etibarən «biz» sözü bu kitabın müəllifi Lukanın indi onlarla olduğunu göstərir. Xəritəyə baxaraq görmək olar ki, əvvəlcə sol tərəfə, Asiya əyalətinə (Efes bölgəsi), sonra sağ tərəfə, Bitiniyaya getməyə çalışdıqdan sonra, həvari və yoldaşları Ruh tərəfindən Egey dənizinin o biri tərəfində, Makedoniyaya düz getməyə çağırıldılar. Bağlı qapılar qarşısında itaətkar qul israr etməkdən çəkinməli və yuxarıdan rəhbərlik gözləməlidir.
Filippi o zaman İncili eşidən ilk Avropa şəhəri idi və qeyd olunan ilk dönüş Lidiya'nın dönüşü idi. Rəbb onun ürəyini açmışdı ki, diqqətli olsun. Gəlin Ondan bizim də ürəklərimizi açmasını və Kəlam bizə hər dəfə təqdim olunduqda bizi bütün diqqət dağınıqlığından qorumasını istəyək.