Rəbdən qorxan kimdir? Rəbb ona yol seçməyi öyrədir.
Zəbur 25:12
Gündəlik İşıq
Rəbdən qorxan kimdir? Rəbb ona yol seçməyi öyrədir.
Zəbur 25:12
Bədənin çırağı gözdür. Əgər gözün sağlam olarsa, bütün bədənin də nurlu olacaq.
Matta 6:22
Sözün addımıma çıraqdır, Yollarıma işıqdır.
Zəbur 119:105
Sağa ya sola azdığınız vaxt Arxanızdan «Yol budur, gedin bu yolla» Deyilən səsi eşidəcəksiniz.
Yeşaya 30:21
Dedin: «Sənə təlim verəcəyəm, Gedəcəyin yolu öyrədəcəyəm. Nəsihət verəcəyəm, Gözüm sənin üstündə olacaq. At yaxud qatır kimi Şüursuz olmayın. Cilov, yüyən vurulmasa, Onlar idarə edilə bilməz». Pislərin başına çox bəla gələr, Rəbbə güvənənlər isə hər tərəfdən məhəbbətə bürünər. Ey salehlər, fərəhlənin, Rəbbə görə sevinin! Ey ürəyidüz olanlar, Onu mədh edin!
Zəbur 32:8–11
Ya Rəbb, bilirəm ki, İnsanın ömrü öz əlində deyil. Addımlarını düzəltmək Gedən adamın işi deyil.
Yeremya 10:23
Qorxusuz, rahat yatarsan, Şirin yuxu taparsan.
Süleymanin Məsəlləri̇ 3:24
Bu vaxt böyük bir tufan qopdu. Dalğalar qayığa elə hücum çəkdi ki, su artıq onun içinə doldu. İsa qayığın arxa tərəfində başını yastığa qoyub yatırdı. Şagirdlər Onu oyadaraq dedilər: «Müəllim! Axı biz həlak oluruq! Bu Səni narahat etmirmi?»
Mark 4:37–38
Heç nəyin qayğısını çəkməyin, amma hər barədə xahişlərinizi Allaha dualarla, yalvarışlarla, şükür edə-edə bildirin. Onda Allahın ağlagəlməz sülhü ürəklərinizi və düşüncələrinizi Məsih İsada qoruyacaq.
Fi̇li̇pi̇li̇lərə 4:6–7
Arxayın yatıb yuxuya gedirəm, Çünki yalnız Sən, ya Rəbb, məni əmin-amanlıqda yaşadırsan!
Zəbur 4:8
Erkən qalxıb gec yatmağınız, Azuqə üçün özünüzü çox yormağınız faydasızdır. Rəbb sevdiklərinə yuxuda olanda belə, verər.
Zəbur 127:2
Stefan üstünə yağan daşlar altında belə yalvarırdı: «Ya Rəbb İsa, ruhumu qəbul et». Sonra diz çöküb ucadan nida etdi: «Ya Rəbb, bunu onlara günah sayma». Bunu deyəndən sonra gözlərini bu həyata yumdu.
Həvari̇ləri̇n İşləri̇ 7:59–60
Əlbəttə, arxayınlığımız var və bu bədəndən uzaqlaşıb Rəbbimizin yanında məskunlaşmağı üstün tuturuq.
2 Kori̇nfli̇lərə 5:8
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
Son günlər
Hamısına bax21 fev 2026
20 fev 2026
19 fev 2026
18 fev 2026
17 fev 2026
16 fev 2026
15 fev 2026
Məsihçi həyatı
Həyatınız üçün Allahın iradəsini üç əsas prinsip vasitəsilə necə anlamağı öyrənin. Onun Kəlamını bilin, Ona…
Məsihçi həyatı
Müqəddəs Ruhun möhürləmə, vəftiz etmə, yenidən doğurma və içində yaşama kimi xidmətlərini araşdırın və Ruhla…
Müqəddəs Kitab Öyrənməsi
Allahın bizə Müqəddəs Kitabı niyə verdiyini və onun dəyişdirici gücünü araşdırın. O, İsanı açıqlayır…

Müqəddəs Kitab Öyrənməsi
Müqəddəs Kitab Allahın sevgisini, Xilaskara ehtiyacınızı və İsa Məsih vasitəsilə əbədi həyat yolunu açır.
Evlilik
İman edənlər üçün mükəmməl evlilik ümidi, bizi qeyd-şərtsiz sevən səmavi Bəyimiz Məsihlə ruhani birliyimizdə…
Maddiyyatçılıq
Bu dünya və həyatımız illüziyalar kimi müvəqqətidir. Gözlərimizi görünməyənə və əbədiyyətə dikməli…