hər qalan hissəsini düşərgədən kənara çıxarıb kül tökülən pak bir yerə atsın və orada odunla yandırsın.
Levi̇li̇lər 4:12
Gündəlik İşıq
hər qalan hissəsini düşərgədən kənara çıxarıb kül tökülən pak bir yerə atsın və orada odunla yandırsın.
Levi̇li̇lər 4:12
Onda Pilat İsanı çarmıxa çəkilmək üçün onlara təslim etdi. Əsgərlər İsanı götürüb apardılar.
Yəhya 19:16
Orada Onu və başqa iki nəfəri çarmıxa çəkdilər: biri İsanın sağında, o biri isə solunda idi, İsa da ortada idi.
Yəhya 19:18
Çünki baş kahin günah qurbanı olan heyvanların qanını Müqəddəs yerə gətirir, cəsədləri isə düşərgənin kənarında yandırılır. Bunun kimi İsa da Öz qanı ilə xalqı təqdis etmək üçün şəhər darvazasının kənarında əzab çəkdi. Buna görə Onun gördüyü təhqiri daşıyaraq düşərgənin kənarına çıxıb Onun yanına gedək.
İbrani̇lərə 13:11–13
Belə ki Məsihi və Onun dirilmə qüdrətini, əzablarına şərikliyi də dərk edim və Onun ölümündə Ona bənzəyim ki,
Fi̇li̇pi̇li̇lərə 3:10
Əksinə, Məsihin əzablarına nə qədər şərik olursunuzsa, o qədər sevinin ki, Onun izzətli zühurunda hədsiz sevinəsiniz.
1 Peter 4:13
Çünki müvəqqəti, yüngül əziyyətlərimiz bizə heç bir şeylə müqayisə edilməz dərəcədə böyük və əbədi izzət qazandırır.
2 Kori̇nfli̇lərə 4:17
Allah insanı Öz surətində yaratdı, Allahın surətində yaratdı, onları kişi və qadın olaraq yaratdı.
Yaradiliş 1:27
Demək biz Allahın nəslindən olduğumuza görə belə düşünmək olmaz ki, İlahi Varlıq insan layihəsi və istedadı ilə yaranan qızıl, gümüş yaxud daşdan düzəldilən bir şeyə bənzəyir.
Həvari̇ləri̇n İşləri̇ 17:29
Lakin mərhəməti bol olan Allah bizi böyük məhəbbətlə sevdiyi üçün təqsirlərimiz üzündən ölü olduğumuz halda bizə Məsihlə birlikdə həyat verdi. Onun lütfü ilə xilas oldunuz.
Efesli̇lərə 2:4–5
Çünki biz Allahın yaratdığı əsərlərik, əvvəlcədən hazırladığı yaxşı əməllərinə görə həyat sürmək üçün Məsih İsada yaradıldıq.
Efesli̇lərə 2:10
Çünki Allah qabaqcadan tanıdığı adamları Öz Oğlunun surətinə uyğunlaşmaq üçün əvvəlcədən təyin etdi ki, O, çoxlu qardaş arasında ilk doğulan olsun;
Romalilara 8:29
O, gecə ikən İsanın yanına gəlib dedi: «Rabbi, bilirik ki, Sən Allahın yanından gələn bir müəllimsən. Çünki Allah ona yar olmasa, heç kəs Sənin göstərdiyin əlamətləri edə bilməz».
Yəhya 3:2
Amma mən salehliklə üzünə baxacağam, Oyananda Səni görməklə doyacağam.
Zəbur 17:15
Qalib gələn bunları irs alacaq; “Mən ona Allah, o isə Mənə oğul olacaq”.
Vəhy 21:7
Əgər Onun övladlarıyıqsa, deməli, həm də varisləriyik. Əgər Məsihin izzətinə şərik olmaq üçün Onun çəkdiyi əzablara şərik oluruqsa, Allahın varisləri və Məsihin irs şəriki oluruq.
Romalilara 8:17
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
Son günlər
Hamısına bax16 fev 2026
15 fev 2026
14 fev 2026
13 fev 2026
12 fev 2026
11 fev 2026
10 fev 2026

Milad
Bu Milad şeiri İsanın Beytlehemdə doğularkən yer olmamasına və bu gün də bir çoxlarının Onu rədd etməsinə…
Maddiyyatçılıq
Bu dünya və həyatımız illüziyalar kimi müvəqqətidir. Gözlərimizi görünməyənə və əbədiyyətə dikməli…

Namaz
Fəryad zəburları möminlərə Allaha dürüst şikayətlər və suallar gətirməyi öyrədir. Müqəddəs Kitab imanının…

Müqəddəs Kitab Öyrənməsi
Müqəddəs Kitab Allahın sevgisini, Xilaskara ehtiyacınızı və İsa Məsih vasitəsilə əbədi həyat yolunu açır.

Allahın Krallığı
Allahın Padşahlığının indiki və gələcək vəziyyətini anlayın. Xristianların zəvvar kimi yaşamağa, gündəlik…

Məsihçi həyatı
Miladın əsl mənasını nəğmələr vasitəsilə kəşf edin, İsa Məsih vasitəsilə Allahla barışıqdan gələn sülhə və…