Başları üzərindəki qübbənin üstündə sanki göy yaqutdan düzəldilmiş taxta oxşar bir şey var idi. Yüksəkdə, taxta oxşayan şeyin üzərində insana bənzər bir Şəxs var idi.
Yezekel 1:26
Gündəlik İşıq
Başları üzərindəki qübbənin üstündə sanki göy yaqutdan düzəldilmiş taxta oxşar bir şey var idi. Yüksəkdə, taxta oxşayan şeyin üzərində insana bənzər bir Şəxs var idi.
Yezekel 1:26
Çünki bir Allah və Allahla insanlar arasında bir Vasitəçi vardır. O, İnsan olan Məsih İsadır.
1 Ti̇moteyə 2:5
Lakin Özünü heç etdi və qul surətinə salıb insanlara oxşar oldu. İnsan şəklini alıb Özünü aşağı tutdu və ölümə qədər – çarmıx üzərində ölümə qədər itaət göstərdi.
Fi̇li̇pi̇li̇lərə 2:7–8
Bu səbəbdən bu övladlar tərkibcə qan və ətdən yarandıqlarına görə İsa Özü də onların insan təbiətinə şərik oldu ki, ölüm üzərində hakimiyyət sahibi olanı, yəni iblisi Öz ölümü vasitəsilə təsirsiz hala gətirsin
İbrani̇lərə 2:14
Diri Olan Mənəm. Mən ölmüşdüm, indi isə əbədi olaraq diriyəm. Ölümün və ölülər diyarının açarları Məndədir.
Vəhy 1:18
Çünki bilirik ki, Məsih ölülər arasından dirildiyinə görə bir daha ölməyəcək və ölüm Ona artıq hökmranlıq etməz. Onun ölümü günahın müqabilində ilk və son ölüm oldu, yaşadığı həyatı isə Allah üçün yaşayır.
Romalilara 6:9–10
Yaxşı, bəs Bəşər Oğlunun əvvəllər olduğu yerə qalxdığını görsəniz, necə?
Yəhya 6:62
Çünki Allahın tam bütövlüyü bədəncə Məsihdə yaşayır.
Kolosseli̇lərə 2:9
Çünki O, zəiflik içində çarmıxa çəkildiyi halda Allahın qüdrəti ilə yaşayır. Biz də Onda zəifik, amma sizin xeyriniz üçün Onunla bərabər Allahın qüdrəti ilə yaşayacağıq.
2 Kori̇nfli̇lərə 13:4
Əzab çəkəndə bundan təsəlli tapıram ki, Kəlamın məni həyata qaytaracaq.
Zəbur 119:50
Çünki Atanın Özündə həyat olduğu kimi Oğula da Özündə həyat olmağı bəxş etdi.
Yəhya 5:26
İsa ona dedi: «Dirilmə və həyat Mənəm. Mənə iman edən ölsə də, yaşayar, yaşayıb Mənə iman edən də heç vaxt ölməz. Buna inanırsanmı?»
Yəhya 11:25–26
Həyat Onda idi və bu həyat insanların nuru idi.
Yəhya 1:4
Lakin Onu qəbul edənlərin hamısına, adına iman edənlərə Allahın övladları olmaq ixtiyarını verdi. Onlar nə qandan, nə bəşər arzusundan, nə də kişi istəyindən deyil, yalnız Allahdan doğuldu.
Yəhya 1:12–13
Həyat verən Ruhdur, cismani təbiətinsə heç faydası yoxdur. Sizə söylədiyim sözlər Ruh və həyat gətirir.
Yəhya 6:63
Allahın kəlamı canlı və təsirlidir, hər ikiağızlı qılıncdan da itidir, canla ruhu, oynaqlarla iliyi bir-birindən ayıraraq keçir, ürəyin fikir və niyyətlərini ayırd edir.
İbrani̇lərə 4:12
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
Son günlər
Hamısına bax12 fev 2026
11 fev 2026
10 fev 2026
9 fev 2026
8 fev 2026
7 fev 2026
6 fev 2026
Məsihçi həyatı
Müqəddəs Ruhun möhürləmə, vəftiz etmə, yenidən doğurma və içində yaşama kimi xidmətlərini araşdırın və Ruhla…

Müqəddəs Kitab Öyrənməsi
Müqəddəs Kitab Allahın sevgisini, Xilaskara ehtiyacınızı və İsa Məsih vasitəsilə əbədi həyat yolunu açır.

Ruhani dəyişiklik
Yəhyanın qızğın 'İldırım Oğlundan' sevimli 'Sevgi Həvarisinə' inanılmaz çevrilməsini araşdırın. Onun İsa ilə…

İstirahət
Yaradılışdan Köhnə Əhdin Şənbəsinə qədər Allahın əbədi istirahətini və onun İsa Məsihdə yerinə yetirilməsini…
Təcessüd
Allahın niyə Öz yeganə Oğlu İsa Məsih vasitəsilə, lütf və həqiqətlə dolu olaraq, dünyanı xilas etmək üçün…

Ruhani İnkişaf
Müasir həyat Allahla vaxt keçirməyə mane olan yayınmalarla doludur. Müqəddəs Yazıları prioritetləşdirməyi…