Artıq sizə qul demirəm, çünki qul ağasının nə etdiyini bilmir. Mən sizə dost deyirəm, çünki Atamdan eşitdiyim bütün sözləri sizə bildirdim.
Yəhya 15:15
Gündəlik İşıq
Artıq sizə qul demirəm, çünki qul ağasının nə etdiyini bilmir. Mən sizə dost deyirəm, çünki Atamdan eşitdiyim bütün sözləri sizə bildirdim.
Yəhya 15:15
O vaxt Rəbb dedi: «Mən edəcəyim şeyi İbrahimdən gizlədəcəyəmmi?
Yaradiliş 18:17
O isə onlara belə cavab verdi: «Səmavi Padşahlığın sirlərini bilmə qabiliyyəti sizə verilmişdir, lakin onlara verilməmişdir.
Matta 13:11
Bizə isə Allah bunları Öz Ruhu ilə açdı. Çünki Ruh hər bir şeyi, Allahın dərin düşüncələrini belə, araşdırır.
1 Kori̇nfli̇lərə 2:10
Biz Allahdan gələn sirli müdrikliyi öyrədirik. Allah bu müdrikliyi bizim izzətimiz üçün zaman başlamazdan əvvəl müəyyən etdi və gizli saxladı.
1 Kori̇nfli̇lərə 2:7
Nə bəxtiyardır evinin həyətlərində yaşayan, Seçib Özünə yaxın etdiyin insan! Biz Sənin evinin, müqəddəs məbədinin Nemətləri ilə doyacağıq!
Zəbur 65:4
Rəbb Ondan qorxanlara sirrini açar, Onlara Öz əhdini öyrədər.
Zəbur 25:14
Çünki Mənə bildirdiyin sözləri onlara bildirdim, onlar da qəbul etdilər. Sənin yanından çıxıb gəldiyimi əminliklə bildilər və Məni Sən göndərdiyinə inandılar.
Yəhya 17:8
Ölkəndən zorakılıq, Sərhədlərindən viranəlik, Qırğın xəbəri gəlməyəcək. Divarlarını «Xilas», Darvazalarını «Həmd» adlandıracaqsan.
Yeşaya 60:18
Şəhər divarının on iki təməli var idi və təməllərin üstündə Quzunun On İki həvarisinin adı var idi.
Vəhy 21:14
Deməli, artıq yad və qərib deyilsiniz, siz müqəddəslərlə birgə vətəndaş və Allah ailəsinin üzvüsünüz. Həvarilərlə peyğəmbərlərin təməli üzərində tikilmisiniz, guşədaşı isə Məsih İsa Özüdür. Bütün bina Onun üzərində birləşərək Rəbbə aid müqəddəs məbəd olmaq üçün ucalır. Siz də Ruh vasitəsilə Allahın məskəni olmaq üçün birlikdə Məsih üzərində tikilirsiniz.
Efesli̇lərə 2:19–22
Çünki siz daddınız ki, Rəbb nə qədər xeyirxahdır. İnsanların rədd etdiyi, amma Allahın qiymətli sayıb-seçdiyi diri Daşa, Rəbbə yaxınlaşaraq özünüz də diri daşlar kimi hörülün ki, ruhani ev qurulsun. Orada müqəddəs kahin dəstəsi olasınız və İsa Məsih vasitəsilə Allaha məqbul olan ruhani qurbanlar təqdim edəsiniz.
1 Peter 2:3–5
Ey Allah, Səni Sionda həmdlər gözləyir, Sənə edilən əhd yerinə yetiriləcək.
Zəbur 65:1
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
Son günlər
Hamısına bax7 fev 2026
6 fev 2026
5 fev 2026
4 fev 2026
3 fev 2026
2 fev 2026
1 fev 2026
Müqəddəs Ruh
Bu məqalə Müqəddəs Ruh haqqında ümumi yanlış təsəvvürləri düzəldir, Müqəddəs Yazılardan istifadə edərək Onun…

Şər
Şeytanın düşmüş mələk kimi mənşəyi, Allaha qarşı davam edən mübarizəsi və əbədi hökmdəki qəti taleyi haqqında…

Mərhəmət
Yaxşı Samiriyalı məsəli Allahın ölən günahkarlara mərhəmətini vurğulayır. Din heç bir kömək təklif etmir…
Yeni təbiət
Xilas haqqında dörd əsas həqiqəti araşdırın: bağışlanma, yeni təbiət, Müqəddəs Ruh və Allahla ünsiyyət.

Müqəddəslik
Müqəddəs Kitabın müqəddəslər haqqında həqiqətən nə öyrətdiyini kəşf edin. Hər bir imanlı ruhani…

Allahın Suverenliyi
Allah yaxşı ilə pisin biliyi ağacını itaət sınağı kimi açıq şəkildə yerləşdirdi, səhv deyil.