Rəbb deyir: “İndi isə, ey Zerubbabil, qüvvətlən! Qüvvətlən, ey baş kahin olan Yehosadaq oğlu Yeşua! Ey bütün ölkə xalqı, qüvvətlənin və işləyin! Çünki Mən sizinləyəm”. Ordular Rəbbi belə bəyan edir:
HAQQAY 2:4
Gündəlik İşıq
Rəbb deyir: “İndi isə, ey Zerubbabil, qüvvətlən! Qüvvətlən, ey baş kahin olan Yehosadaq oğlu Yeşua! Ey bütün ölkə xalqı, qüvvətlənin və işləyin! Çünki Mən sizinləyəm”. Ordular Rəbbi belə bəyan edir:
HAQQAY 2:4
Meynə Mənəm, sizsə budaqlarsınız. Kim Məndə qalsa, Mən də onda qalsam, çoxlu bəhrə verər, çünki Mənsiz heç nə edə bilməzsiniz.
YƏHYA 15:5
Mənə qüvvət verən Məsihin köməyi ilə hər işə gücüm çatır.
FİLİPİLİLƏRƏ 4:13
Nəhayət, Rəbdə və Onun böyük qüvvəsində möhkəmlənin.
EFESLİLƏRƏ 6:10
Nehemya da onlara dedi: «Gedin, yağlı yemək yeyin, şirin içki için və hazırlıqlı olmayanlara da pay göndərin, çünki bu gün Xudavəndimiz üçün müqəddəsdir. Kədərlənməyin, çünki Rəbbin verdiyi sevinc sizin qüvvətinizdir».
NEHEMYA 8:10
Ordular Rəbbi belə deyir: «Ordular Rəbbinin evinin – məbədin tikilməsi üçün təməli qoyulan gün orada peyğəmbərlərin dediyi bu sözləri o vaxt eşidənlər, qoy qolunuza güc gəlsin.
ZƏKƏRİYYƏ 8:9
Zəif əllərə qüvvət verin, Əsən dizləri möhkəmləndirin. Ürəklərində qorxanlara deyin: «Möhkəm olun, qorxmayın! Budur, Allahınız İntiqam almaq, düşmənlərinizdən qisas almaq üçün gəlir. O gəlib sizə qurtuluş verəcək!»
YEŞAYA 35:3-4
Bəs bunlar barədə nə deyə bilərik? Əgər Allah bizimlədirsə, kim bizə qarşı dura bilər?
ROMALILARA 8:31
Beləliklə, bizə verilən mərhəmətlə bu xidmətə təyin olunduğumuz üçün ümidimizi itirmirik.
2 KORİNFLİLƏRƏ 4:1
Yaxşılıq edərkən ruhdan düşməyək. Çünki əgər həvəsdən düşməsək, vaxtında biçərik.
QALATİYALILARA 6:9
Rəbbimiz İsa Məsih vasitəsilə bizə qələbə bəxş edən Allaha şükür olsun!
1 KORİNFLİLƏRƏ 15:57
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
2 fev 2026
1 Chronicles 4:10
1 fev 2026
1 Peter 1:8
31 yan 2026
Numbers 33:55
30 yan 2026
Hebrews 12:1-2
29 yan 2026
Genesis 16:13
28 yan 2026
Deuteronomy 33:25
27 yan 2026
1 John 3:5