28 yanvar 2026, çərşənbə

Gündəlik İşıq

28 yan 2026

Darvazalarının cəftələri dəmirdən, tuncdan olsun, Qüvvətin ömrün boyu qurtarmasın!

QANUNUN TƏKRARI 33:25

Sizi aparıb məhkəməyə çəkəndə nə deyəcəyiniz barədə qabaqcadan qayğı çəkməyin, amma həmin vaxt sizə nə bildirilərsə, onu danışın. Çünki danışan siz yox, Müqəddəs Ruhdur.

MARK 13:11

Beləliklə, sabahın qayğısını çəkməyin. Çünki sabahkı gün özü üçün qayğı çəkəcək. Hər günün öz yamanlığı kifayətdir!

MATTA 6:34

Müqəddəs məkanında olan ey Allah, zəhmlisən! İsrailin Allahı Öz xalqına qüdrət, qüvvət verir. Allaha alqış olsun!

ZƏBUR 68:35

O, yorğunlara güc verər, Taqətsizlərin qüvvətini artırar.

YEŞAYA 40:29

Mənə qüvvət verən Məsihin köməyi ilə hər işə gücüm çatır.

FİLİPİLİLƏRƏ 4:13

Düşmənləri Qişon çayı apardı, Qişon çayı coşub-daşandı. Ey canım, sən qüvvətlə irəli get!

HAKİMLƏR 5:21

Süni intellektlə tərcümə edilib, Müqəddəs Kitab sitatları da daxil olmaqla — istənilən istinadı açın və Azərbaycan Bibliyası 2008 tərcüməsində oxuyun.

Sizin əlinizdəki Müqəddəs Kitab Allahın Kəlamıdır. Müqəddəs Kitab Allahdan ilham almış Müqəddəs Yazılar toplusudur.

Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).

Son günlər