Ümidimiz də boşa çıxmır, çünki Allah məhəbbəti bizə verilən Müqəddəs Ruh vasitəsilə ürəklərimizə tökülüb.
ROMALILARA 5:5
Gündəlik İşıq
Ümidimiz də boşa çıxmır, çünki Allah məhəbbəti bizə verilən Müqəddəs Ruh vasitəsilə ürəklərimizə tökülüb.
ROMALILARA 5:5
Padşahlar sənə atalıq, Mələkələr sənə analıq edəcək. Üzüstə yerə sərilib sənə səcdə edəcəklər, Ayaqlarının tozunu yalayacaqlar. Onda biləcəksən ki, Mən Rəbbəm, Mənə güvənənlər utanmayacaq».
YEŞAYA 49:23
Nə xoşbəxtdir o adam ki Rəbbə güvənir, Rəbbi özünə arxa sayır.
YEREMYA 17:7
Ağlı Sənə yönəlmiş adamlara Sən kamil sülh verirsən, Çünki onlar Sənə güvənir. Rəbbə həmişə güvənin, Çünki Rəbb Allah əbədi Qayadır.
YEŞAYA 26:3-4
Ey qəlbim, sükutla Allahı gözlə, Çünki ümidim Ondadır. Qayam, qurtuluşum yalnız Odur, O mənim qalamdır, mən sarsılmaram.
ZƏBUR 62:5-6
Bu əzabları çəkməyimin səbəbi də budur. Amma bundan utanmıram, çünki Kimə iman etdiyimi bilirəm və əminəm ki, mənə verdiyi əmanəti qiyamət gününə qədər saxlamağa qadirdir.
2 TİMOTEYƏ 1:12
Eləcə də Allah vədin varislərinə iradəsinin dəyişməzliyini daha açıq-aşkar etmək istəyərək Öz vədini andla təsdiqlədi. Belə ki qarşımıza qoyulan ümidə bağlanmaq üçün Allaha sığınan bizlər Allahın bunlarda yalan danışması qeyri-mümkün olduğuna görə iki dəyişilməz şeydə – Onun vəd və andında böyük təsəlliyə malik olaq. Can lövbərimiz kimi möhkəm və sarsılmaz olan bu ümid məbədin pərdəsinin arxasındakı iç otağa daxil olur. İsa ilk olaraq bizim uğrumuzda oraya daxil oldu; O, Melkisedeq vəzifəli əbədi Baş Kahin olmuşdu.
İBRANİLƏRƏ 6:17-20
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
22 yan 2026
Psalms 48:14
21 yan 2026
John 15:2
20 yan 2026
Isaiah 9:6
19 yan 2026
Acts 20:19
18 yan 2026
Romans 5:14
17 yan 2026
Isaiah 38:17
16 yan 2026
Colossians 1:19