Çünki Allah Onda tam bütövlüyü ilə yaşamağa
KOLOSSELİLƏRƏ 1:19
Gündəlik İşıq
Çünki Allah Onda tam bütövlüyü ilə yaşamağa
KOLOSSELİLƏRƏ 1:19
Ata Oğulu sevir və hər şeyi Onun ixtiyarına verib.
YƏHYA 3:35
Buna görə də Allah Onu çox ucaltdı və Ona lütflə bütün adlardan ali bir ad verdi ki, göydə, yerdə və yerin altında olanların hamısı İsanın adına ehtiram edərək diz çöksün və hər dil Ata Allahın izzəti üçün İsa Məsihin Rəbb olduğunu bəyan etsin.
FİLİPİLİLƏRƏ 2:9-11
və hər başçı, hakim, qüvvə və ağadan, yalnız bu dövrdə deyil, gələcək dövrdə də çəkiləcək hər addan Onu çox yüksəltdi.
EFESLİLƏRƏ 1:21
Çünki göylərdə və yerdə olan, görünən və görünməyən hər şey – taxtlar, ağalar, başçılar, hakimlər Onda yarandı. Nə varsa, Onun vasitəsilə və Onun üçün yarandı.
KOLOSSELİLƏRƏ 1:16
Çünki Məsih ona görə ölüb yenə yaşadı ki, həm ölülərin, həm də yaşayanların Rəbbi olsun.
ROMALILARA 14:9
Siz də Onda tamamlanmısınız. O hər başçının və hakimin Başıdır.
KOLOSSELİLƏRƏ 2:10
Hamımız Onun bütövlüyündən lütf üstünə lütf aldıq.
YƏHYA 1:16
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
15 yan 2026
Psalms 119:25
14 yan 2026
John 14:28
13 yan 2026
Isaiah 26:3
12 yan 2026
Jude 25
11 yan 2026
Psalms 65:1
10 yan 2026
1 Thessalonians 5:23
9 yan 2026
Psalms 60:4