Səndən qorxanlara isə bayraq vermisən, Qoy onu həqiqət naminə qaldırsınlar. Sela
ZƏBUR 60:4
Gündəlik İşıq
Səndən qorxanlara isə bayraq vermisən, Qoy onu həqiqət naminə qaldırsınlar. Sela
ZƏBUR 60:4
Beləcə qərbdən şərqədək adamlar Rəbbin adından və əzəmətindən qorxacaq. Çünki düşmən azğın bir çay kimi gəldikdə Rəbbin nəfəsi onu qovacaq.
YEŞAYA 59:19
Biz sənin zəfərlərinə mədh oxuyarıq, Allahımız naminə bayraqlarımızı qaldırarıq! Rəbb səni hər bir diləyinə çatdırsın!
ZƏBUR 20:5
Rəbb bizə bəraət verdi. Gəlin Allahımız Rəbbin nələr etdiyini Sionda elan edək!
YEREMYA 51:10
Lakin bizi Sevənin vasitəsilə bütün bunlarda tam qələbə qazanırıq.
ROMALILARA 8:37
Rəbbimiz İsa Məsih vasitəsilə bizə qələbə bəxş edən Allaha şükür olsun!
1 KORİNFLİLƏRƏ 15:57
Hər şey Allah üçün və Allah vasitəsilə mövcuddur. Bir çox övladı izzətə çatdırmaq üçün onların xilasının Banisini əzablar vasitəsilə kamil etməsi Allaha münasib idi.
İBRANİLƏRƏ 2:10
Nəhayət, Rəbdə və Onun böyük qüvvəsində möhkəmlənin.
EFESLİLƏRƏ 6:10
«Dillərini yalan üçün Kaman kimi dartırlar. Həqiqət naminə güc göstərmirlər. Çünki pisliyi pislik dalınca edirlər, Məni tanımırlar» Rəbb belə bəyan edir.
YEREMYA 9:3
Şaul Davuda dedi: «Bax, budur böyük qızım Merav, onu sənə ərə verəcəyəm. Ancaq sən uğrumda cəsur ol və Rəbbin döyüşlərini apar». Çünki Şaul «qoy o mənim yox, Filiştlilərin əlində ölsün» deyə fikirləşdi.
BİRİNCİ ŞAMUEL 18:17
Rəbb deyir: “İndi isə, ey Zerubbabil, qüvvətlən! Qüvvətlən, ey baş kahin olan Yehosadaq oğlu Yeşua! Ey bütün ölkə xalqı, qüvvətlənin və işləyin! Çünki Mən sizinləyəm”. Ordular Rəbbi belə bəyan edir: “Misirdən çıxan zaman sizinlə bağladığım əhdə əsasən Ruhum aranızdadır. Qorxmayın!”
HAQQAY 2:4-5
Siz “biçinə dörd ay qalıb” demirsinizmi? Budur, Mən sizə deyirəm: başınızı qaldırıb tarlalara baxın; məhsul bar verib, biçilməyə hazırdır.
YƏHYA 4:35
Çünki «Bir az müddətdən sonra Gələn gələcək, gecikməyəcək.
İBRANİLƏRƏ 10:37
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
8 yan 2026
Psalms 9:10
7 yan 2026
Nehemiah 5:19
6 yan 2026
Psalms 90:17
5 yan 2026
Hebrews 4:3
4 yan 2026
Deuteronomy 12:9
3 yan 2026
Psalms 107:7
2 yan 2026
Isaiah 42:10