İsmini tanıyanlar Sənə güvənir, Çünki, ya Rəbb, Səni axtaranları tərk etməzsən!
ZƏBUR 9:10
Gündəlik İşıq
İsmini tanıyanlar Sənə güvənir, Çünki, ya Rəbb, Səni axtaranları tərk etməzsən!
ZƏBUR 9:10
Rəbbin adı qüvvətli bir qaladır, Saleh qaçıb ona pənah aparır.
SÜLEYMANIN MƏSƏLLƏRİ 18:10
Allah xilasımdır, Ona güvənəcəyəm və qorxmayacağam, Çünki Rəbb Allahımız qüvvətim, məzmurumdur, O mənə xilas verdi!»
YEŞAYA 12:2
Gəncliyimdən qocalığımadək Salehin tərk edildiyini, Nəslinin çörək üçün diləndiyini görməmişəm.
ZƏBUR 37:25
Çünki Rəbb ədaləti sevir, Heç zaman möminlərini tərk etmir. Salehlər daim müdafiə olunacaq, Pislər nəsilliklə kəsilib atılacaq.
ZƏBUR 37:28
Amma Rəbb xalqını Öz böyük ismi naminə atmayacaq, ona görə ki sizi Öz xalqı etmək Rəbbin xoşuna gəlmişdi.
BİRİNCİ ŞAMUEL 12:22
Allah bizi belə bir böyük ölüm təhlükəsindən qurtardı və qurtarmaqda davam edəcək. Ümidimizi Ona bağlamışıq
2 KORİNFLİLƏRƏ 1:10
Həyatınız pulpərəstlikdən azad olsun, nəyiniz varsa, ona qane olun. Çünki Allah Özü demişdir: «Səni heç vaxt atmaram, səni heç vaxt tərk etmərəm». Buna görə biz arxayınlıqla deyirik: «Rəbb mənə yardım edəndir, heç qorxmaram. İnsan mənə nə edə bilər?»
İBRANİLƏRƏ 13:5-6
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
7 yan 2026
Nehemiah 5:19
6 yan 2026
Psalms 90:17
5 yan 2026
Hebrews 4:3
4 yan 2026
Deuteronomy 12:9
3 yan 2026
Psalms 107:7
2 yan 2026
Isaiah 42:10
1 yan 2026
Philippians 3:13-14