4 yan 2026
Gündəlik İşıq, 5 yanvar: Yorulana qədər günah işlətdi
Gündəlik İşıq
Biz iman etmişlərsə rahatlıq diyarına girməkdəyik.
İbrani̇lərə 4:3
Yorulana qədər günah işlətdi.
Yeremya 9:5
Amma üzvlərimdə başqa bir qanun da görürəm ki, ağlımın təsdiq etdiyi Qanunla mübarizə aparır və üzvlərimdə olan günah qanununa məni əsir edir. Necə də yazıq insanam! Ölümə düçar olan bu bədəndən məni kim xilas edə bilər?
Romalilara 7:23–24
Ey bütün yorğunlar və yükləri ağır olanlar, Mənim yanıma gəlin, Mən sizə rahatlıq verərəm.
Matta 11:28
Imanla saleh sayıldığımız üçün Rəbbimiz İsa Məsih vasitəsilə Allahla barışmış oluruq. Elə Məsihin vasitəsilə də daxilində qaldığımız lütfə imanla nail olduq və Allahın izzətinə ümid bağlamağımızla fəxr edirik.
Romalilara 5:1–2
Allah Öz işlərini qurtarıb Şənbə günü istirahət etdiyi kimi Onun rahatlıq diyarına girən də öz işlərini qurtarıb istirahət etdi.
İbrani̇lərə 4:10
Belə ki Qanunla gələn öz salehliyimə deyil, Məsihə imandan yaranan, imanla Allahdan gələn salehliyə malik olum.
Fi̇li̇pi̇li̇lərə 3:9
O sizin hamınıza dedi: «Rahatlıq budur, Yorğunlara dinclik verin, budur istirahət».
Yeşaya 28:12
Ya Rəbb, ağzıma nəzarətçi qoy, Dodağımın qapısını qoru.
Zəbur 141:3
Ya Rəbb, bizim təqsirlərimizi siyahıya alsan, Bəs, ey Xudavənd, kim bunun qarşısında dayana bilər?
Zəbur 130:3
Onlar Musanın ruhunu incitdilər, O da düşünülməmiş sözlər dedi.
Zəbur 106:33
Ağıza daxil olan şey insanı murdar etməz, amma insanı murdar edən ağızdan çıxan şeydir.
Matta 15:11
Qeybətçi əziz dostları ayırar.
Süleymanin Məsəlləri̇ 16:28
Düşünmədən danışanın dili qılınc kimi yaralar, Hikmətlinin dili isə insanları sağaldar. Düz söz əbədi yaşar, Yalanın ömrü az olar.
Süleymanin Məsəlləri̇ 12:18–19
Amma dili heç bir insan əhliləşdirə bilmir. Dil qarşısıalınmaz bəladır və öldürücü zəhərlə doludur. Alqış və lənət eyni ağızdan çıxır. Qardaşlarım, bu belə olmamalıdır.
Yaqub 3:8, 10
Hiddəti, kini, böhtanı, ağzınızdan çıxan ədəbsiz sözlər kimi şeylərin hamısını kənara atın. Bir-birinizə yalan deməyin, çünki köhnə mənliyinizi və onun əməllərini üzərinizdən çıxarıb.
Kolosseli̇lərə 3:8–9
Çünki Allahın iradəsinə görə müqəddəslik yolunuz belədir.
1 Saloni̇kli̇lərə 4:3
Ağızlarından heç vaxt yalan çıxmayıb, onlar ləkəsizdir.
Vəhy 14:5
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax3 yan 2026
Zəbur 107:7 · Qanunun Təkrari 32:10–12
2 yan 2026
Yeşaya 42:10 · Zəbur 81:1–2
1 yan 2026
Fi̇li̇pi̇li̇lərə 3:13–14 · Yəhya 17:24
31 dek 2025
Qanunun Təkrari 1:31 · Çixiş 19:4
30 dek 2025
1 Kori̇nfli̇lərə 1:8 · Kolosseli̇lərə 1:21–23
29 dek 2025
Efesli̇lərə 5:17 · 1 Saloni̇kli̇lərə 4:3
