29 dek 2025
Gündəlik İşıq, 30 dekabr: Ona əbədi olaraq izzət olsun!
Gündəlik İşıq
Rəbbimiz İsa Məsih Öz günündə nöqsansız olmanız üçün sizi sonadək qüvvətləndirəcək.
1 Kori̇nfli̇lərə 1:8
Etdiyiniz pis əməllərə görə bir zamanlar düşüncələrinizdə Allaha yad və düşmən idiniz. İndi isə Məsih cismən ölməklə Öz bədəni vasitəsilə sizi Allahla barışdırdı ki, sizi Onun qarşısında müqəddəs, ləkəsiz və nöqsansız təqdim etsin. Bir şərtlə ki eşitdiyiniz Müjdənin verdiyi ümiddən sarsılmadan, iman əsasında möhkəm və sabit durasınız.
Kolosseli̇lərə 1:21–23
Nöqsansız və saf olaraq bu əyri və azmış nəsil arasında Allahın ləkəsiz övladları olasınız. Onların arasında dünyanın nuru kimi parlayın.
Fi̇li̇pi̇li̇lərə 2:15
Buna görə, sevimlilər, madam ki bunları gözləyirsiniz, Allahın önündə ləkəsiz və nöqsansız olaraq sülh içində yaşamağa səy göstərin.
2 Peter 3:14
Allahın izzəti və mədhi üçün İsa Məsihdən gələn salehlik bəhrələri ilə dolu olmaq üçün ən ali dəyərləri ayırd edə biləsiniz.
Fi̇li̇pi̇li̇lərə 1:10
Sizi büdrəməkdən qoruyub Öz izzətli hüzuruna böyük sevinclə nöqsansız çıxarmağa qadir olan Xilaskarımız, yeganə Allaha Rəbbimiz İsa Məsih vasitəsilə əzəldən bəri, indi və əbədi olaraq izzət, əzəmət, qüdrət və səlahiyyət olsun!
Yəhuda 1:24–25
Sadiq qullarının addımlarını qoruyur.
Bi̇ri̇nci̇ Şamuel 2:9
Əgər biz «Allahla şərikliyimiz var» dediyimiz halda qaranlıqda gəziriksə, demək, yalan danışırıq və həqiqətə əməl etmirik. Amma O, nurda olduğu kimi biz də nurda gəziriksə, onda bir-birimizlə şərikliyimiz var və Onun Oğlu İsanın qanı bizi hər günahdan təmizləyir.
1 Yəhya 1:6–7
Çimmiş adam üçün təkcə ayaqlarını yumaq kifayətdir, çünki başdan-başa təmizdir.
Yəhya 13:10
Sənə hikmət yolunun təlimini verirəm, Düz yolda gəzdirirəm. Gedəndə addımların büdrəməz, Qaçanda ayaqların sürüşməz. ... ayrılma ... Çəkil, bu yolun yaxınından belə, keçmə, Uzaq dur, başqa bir səmtdən yolu keç. Gözlərin irəliyə baxsın, Düppədüz qarşına nəzər sal. Getdiyin yolu düzəlt, Yollarını sahmana sal. Nə sağa, nə də sola dön, Ayağını pislikdən çək.
Süleymanin Məsəlləri̇ 4:11–13, 15, 25–27
Rəbb məni hər cür pis əməldən qurtaracaq və Öz Səmavi Padşahlığı üçün xilas edəcək. Ona əbədi olaraq izzət olsun! Amin.
2 Ti̇moteyə 4:18
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax28 dek 2025
Mark 2:5 · Yeremya 31:34
27 dek 2025
2 Kori̇nfli̇lərə 4:18 · İbrani̇lərə 13:14
26 dek 2025
1 Kori̇nfli̇lərə 15:58 · 1 Kori̇nfli̇lərə 15:58
25 dek 2025
Ti̇tə 3:4 · Yeremya 31:3
24 dek 2025
Romalilara 8:13 · Qalati̇yalilara 5:19
23 dek 2025
Yeşaya 27:5 · Yeremya 29:11
