25 dek 2025
Gündəlik İşıq, 26 dekabr: Amma axıracan dözən xilas olacaq
Gündəlik İşıq
Rəbdə çəkdiyiniz zəhmətin boşa çıxmayacağını bilərək möhkəm durun.
1 Kori̇nfli̇lərə 15:58
Sarsılmayın, hər zaman Rəbbin işində səylə çalışın.
1 Kori̇nfli̇lərə 15:58
Buna görə Rəbb Məsih İsanı qəbul etdiyiniz kimi Onda həyat sürün. Şükürlərlə dolub-daşaraq Onda kök salıb inkişaf edin və öyrəndiyiniz kimi imanda möhkəmlənin.
Kolosseli̇lərə 2:6–7
Amma axıracan dözən xilas olacaq.
Matta 24:13
Münbit torpağa düşənlərsə bunlardır: belə insanlar kəlamı eşidib xeyirxah və sadiq ürəkdə saxlayırlar. Bunlar səbirlə səmərə verir.
Luka 8:15
Çünki imanda dönməz dayanmısınız.
2 Kori̇nfli̇lərə 1:24
Nə qədər ki gündüzdür, Məni Göndərənin işlərini görməliyik. Tezliklə gecə gəlir, o zaman heç kim işləyə bilməz.
Yəhya 9:4
Öz cismani təbiəti üçün əkən, bu təbiətdən məhv biçəcək. Ruh üçün əkənsə Ruhdan əbədi həyat biçəcək. Yaxşılıq edərkən ruhdan düşməyək. Çünki əgər həvəsdən düşməsək, vaxtında biçərik. Buna görə də nə qədər fürsətimiz varsa, hamı üçün, xüsusən imanlılar ailəsi üçün yaxşı işlər görək.
Qalati̇yalilara 6:8–10
Buna görə O Özü vasitəsilə Allaha yaxınlaşanları tam xilas etməyə qadirdir.
İbrani̇lərə 7:25
Həqiqət və həyat Mənəm. Mənim vasitəm olmadan heç kim Atanın yanına gələ bilməz.
Yəhya 14:6
Ondan başqa heç kimdə xilas yoxdur. Çünki səma altında biz insanlara verilən başqa bir ad yoxdur ki, onun vasitəsilə xilas olaq.
Həvari̇ləri̇n İşləri̇ 4:12
Quzularım səsimi eşidir, Mən də onları tanıyıram və Mənim ardımca gəlirlər. Mən onlara əbədi həyat verirəm. Onlar heç vaxt həlak olmayacaq və heç kim onları əlimdən qapmayacaq.
Yəhya 10:27–28
Sizdə xeyirli işə başlayan Allah Məsih İsanın zühur edəcəyi günədək bunu başa çatdıracaq.
Fi̇li̇pi̇li̇lərə 1:6
Rəbb üçün çətin bir şey varmı?
Yaradiliş 18:14
Sizi büdrəməkdən qoruyub Öz izzətli hüzuruna böyük sevinclə nöqsansız çıxarmağa qadir olan Xilaskarımız, yeganə Allaha Rəbbimiz İsa Məsih vasitəsilə əzəldən bəri, indi və əbədi olaraq izzət, əzəmət, qüdrət və səlahiyyət olsun! Amin.
Yəhuda 1:24–25
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax24 dek 2025
Romalilara 8:13 · Qalati̇yalilara 5:19
23 dek 2025
Yeşaya 27:5 · Yeremya 29:11
22 dek 2025
1 Saloni̇kli̇lərə 1:3 · Yəhya 6:29
21 dek 2025
Yeşaya 60:20 · Yəhya 16:33
20 dek 2025
Efesli̇lərə 1:4 · 2 Saloni̇kli̇lərə 2:13
19 dek 2025
Zəbur 112:4 · Yeşaya 50:10
