Çünki imandan yaranan əməllərinizi, məhəbbətdən doğan zəhmətinizi və Rəbbimiz İsa Məsihə bağladığınız ümidin verdiyi dözümü Atamız Allah qarşısında daim yada salırıq.
1 SALONİKLİLƏRƏ 1:3
Gündəlik İşıq
Çünki imandan yaranan əməllərinizi, məhəbbətdən doğan zəhmətinizi və Rəbbimiz İsa Məsihə bağladığınız ümidin verdiyi dözümü Atamız Allah qarşısında daim yada salırıq.
1 SALONİKLİLƏRƏ 1:3
İsa onlara cavab verdi: «Allahın istədiyi iş budur: Onun göndərdiyi Şəxsə iman edin».
YƏHYA 6:29
İman da elədir, əgər yaxşı əməlləri yoxdursa, özü-özlüyündə ölüdür.
YAQUB 2:17
Məsih İsada sünnətlilik də, sünnətsizlik də əhəmiyyət kəsb etmir, əhəmiyyət kəsb edən isə məhəbbətlə fəal olan imandır.
QALATİYALILARA 5:6
Öz cismani təbiəti üçün əkən, bu təbiətdən məhv biçəcək. Ruh üçün əkənsə Ruhdan əbədi həyat biçəcək.
QALATİYALILARA 6:8
Çünki biz Allahın yaratdığı əsərlərik, əvvəlcədən hazırladığı yaxşı əməllərinə görə həyat sürmək üçün Məsih İsada yaradıldıq.
EFESLİLƏRƏ 2:10
O Özünü bizim üçün fəda etdi ki, bizi hər cür qanunsuzluqdan satın alsın, təmizləyib Özünə məxsus və yaxşı işlərə səy göstərən bir xalq yaratsın.
TİTƏ 2:14
Qardaşlar, sizin üçün həmişə Allaha şükür etməliyik və belə etməyimiz yerinə düşər, çünki imanınız artdıqca artır və hamınızın bir-birinizə olan məhəbbəti çoxalır.
2 SALONİKLİLƏRƏ 1:3
Buna görə sizin üçün daim dua edirik ki, Allahımız sizi Öz çağırışına layiq görsün, hər yaxşı niyyətinizi və imandan asılı hər əməlinizi Öz qüdrəti ilə yerinə yetirsin.
2 SALONİKLİLƏRƏ 1:11
Çünki sizdə fəaliyyət göstərən Allahdır, belə ki Onun xoş məramını həm istəyəsiniz, həm də bunun üçün fəaliyyət göstərəsiniz.
FİLİPİLİLƏRƏ 2:13
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
21 dek 2025
Isaiah 60:20
20 dek 2025
Ephesians 1:4
19 dek 2025
Psalms 112:4
18 dek 2025
Hebrews 4:16
17 dek 2025
Psalms 80:18
16 dek 2025
John 13:1
15 dek 2025
Galatians 6:2