15 dek 2025
Gündəlik İşıq, 16 dekabr: Mənim onlar üçün xahişim var
Gündəlik İşıq
Dünyada Özünə məxsus olanları həmişə sevmişdi və axıra qədər də sevdi.
Yəhya 13:1
Mənim onlar üçün xahişim var. Dünya üçün deyil, Mənə verdiyin kəslər üçün xahişim var, çünki onlar Səninkidir. Mənim olan hər şey Sənindir, Sənin olanlar da Mənimdir və Mən onlarda izzətlənmişəm. Onları dünyadan götürməyi deyil, şər olandan qorumağı Səndən xahiş edirəm. Mən dünyadan olmadığım kimi onlar da dünyadan deyil.
Yəhya 17:9–10, 15–16
Ata Məni sevdiyi kimi Mən də sizi sevdim. Mənim məhəbbətimdə qalın.
Yəhya 15:9
Heç kəsin məhəbbəti dostları uğrunda canını qurban verən adamın məhəbbətindən üstün ola bilməz. Əgər sizə əmr etdiyim şeylərə əməl etsəniz, siz Mənim dostlarımsınız.
Yəhya 15:13–14
Sizə yeni bir əmr verirəm: bir-birinizi sevin, Mən sizi sevdiyim kimi siz də bir-birinizi sevin.
Yəhya 13:34
Sizdə xeyirli işə başlayan Allah Məsih İsanın zühur edəcəyi günədək bunu başa çatdıracaq.
Fi̇li̇pi̇li̇lərə 1:6
Məsih imanlılar cəmiyyətini sevib onun uğrunda Özünü fəda etdiyi kimi siz də arvadlarınızı sevin. Məsih bunu ona görə etdi ki, cəmiyyəti su ilə yuyub kəlamla təmizləyərək təqdis etsin.
Efesli̇lərə 5:25–26
Allahın dərin düşüncələrini belə, araşdırır.
1 Kori̇nfli̇lərə 2:10
Artıq sizə qul demirəm, çünki qul ağasının nə etdiyini bilmir. Mən sizə dost deyirəm, çünki Atamdan eşitdiyim bütün sözləri sizə bildirdim.
Yəhya 15:15
Səmavi Padşahlığın sirlərini bilmə qabiliyyəti sizə verilmişdir.
Matta 13:11
Allahın bizə verdiyi ənamları dərk edə bilməyimiz üçün biz bu dünyanın ruhunu yox, Allahdan olan Ruhu qəbul etdik.
1 Kori̇nfli̇lərə 2:12
Buna görə göylərdə və yer üzündə hər ailəyə ad verən Atanın qarşısında diz çökürəm ki, O, izzətinin zənginliyinə görə Öz Ruhu vasitəsilə sizi daxili varlığınızda qüvvə ilə möhkəmləndirsin ... Siz də məhəbbətdə kök salıb təməl qoyasınız, belə ki bütün müqəddəslərlə birlikdə Məsihin məhəbbətinin nə qədər geniş, uzun, uca və dərin olduğunu başa düşməyə, hər dərrakədən üstün olan bu məhəbbəti dərk etməyə gücünüz çatsın. Beləliklə, siz Allahın bütövlüyündə bütöv olasınız.
Efesli̇lərə 3:14–19
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax14 dek 2025
Zəbur 66:2 · Yeşaya 43:21
13 dek 2025
2 Ti̇moteyə 2:1 · Kolosseli̇lərə 1:11
12 dek 2025
Sefanya 3:15 · Yeşaya 41:10
11 dek 2025
Romalilara 14:16 · 1 Saloni̇kli̇lərə 5:22
10 dek 2025
Yəhya 10:29 · 2 Ti̇moteyə 1:12
9 dek 2025
Süleymanin Məsəlləri̇ 21:3 · Mi̇keya 6:8
