Sənsə, ey oğlum, Məsih İsada olan lütflə güclən.
2 TİMOTEYƏ 2:1
Gündəlik İşıq
Sənsə, ey oğlum, Məsih İsada olan lütflə güclən.
2 TİMOTEYƏ 2:1
hər şeyə dözərək səbir edə bilməniz üçün Onun izzətli qüvvəsinə güvənərək hər cür qüdrətlə möhkəmlənəsiniz,
KOLOSSELİLƏRƏ 1:11
Buna görə Rəbb Məsih İsanı qəbul etdiyiniz kimi Onda həyat sürün. Şükürlərlə dolub-daşaraq Onda kök salıb inkişaf edin və öyrəndiyiniz kimi imanda möhkəmlənin.
KOLOSSELİLƏRƏ 2:6-7
Sionda yas tutanları təmin etmək, Kül yerinə çələng, Yas yerinə sevinc gətirən məsh yağı, Kədərli ruh əvəzinə Həmd libasını bəxş etmək üçün Rəbb məni göndərdi. Rəbbin şöhrətini aşkar etmək üçün Onlara Rəbbin əkdiyi salehlik palıdları deyiləcək.
YEŞAYA 61:3
Həvarilərlə peyğəmbərlərin təməli üzərində tikilmisiniz, guşədaşı isə Məsih İsa Özüdür. Bütün bina Onun üzərində birləşərək Rəbbə aid müqəddəs məbəd olmaq üçün ucalır. Siz də Ruh vasitəsilə Allahın məskəni olmaq üçün birlikdə Məsih üzərində tikilirsiniz.
EFESLİLƏRƏ 2:20-22
İndi isə mən sizi Allaha və Onun lütfü barədəki kəlamına əmanət edirəm. Bu kəlam sizi inkişaf etdirib təqdis olunmuş bütün insanlar arasında irsə qovuşdurmağa qadirdir.
HƏVARİLƏRİN İŞLƏRİ 20:32
10-siz Məsihin zühur edəcəyi gün pak və nöqsansız, Allahın izzəti və mədhi üçün İsa Məsihdən gələn salehlik bəhrələri ilə dolu olmaq üçün ən ali dəyərləri ayırd edə biləsiniz.
FİLİPİLİLƏRƏ 1:11
İman uğrunda yaxşı mübarizə apar. Əbədi həyatı bərk tut; bunun üçün çağırıldın və yaxşı əqidəni bir çox şahid qarşısında iqrar etdin.
1 TİMOTEYƏ 6:12
və heç bir şəkildə əleyhdarlarınızdan qorxmursunuz. Bu onlar üçün həlak, sizin üçünsə xilas əlamətidir. Bu da Allahın işidir.
FİLİPİLİLƏRƏ 1:28
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
12 dek 2025
Zephaniah 3:15
11 dek 2025
Romans 14:16
10 dek 2025
John 10:29
9 dek 2025
Proverbs 21:3
8 dek 2025
Galatians 5:13
7 dek 2025
2 Corinthians 5:21
6 dek 2025
Philippians 2:13